No Image
No Image

50 qazinin protezlərlə təminatı prosesi yekunlaşır

50 qazinin protezlərlə təminatı prosesi yekunlaşır
"Postmüharibə dövründə sosial dəstək tədbirləri şəhid ailəsi üzvləri, Vətən müharibəsi qaziləri və yaxınlarından ibarət artıq 23 mindən çox şəxsi əhatə edib. Bu tədbirlərdən biri də Vətən müharibəsində yaralanmış qazilərimizin yüksək texnologiyalı protezlə təminatıdır. Artıq 25 qazi yüksək texnologiyalı protezlə təmin edilib, daha 50 qazinin də protezlərlə təminatı prosesi yekunlaşır".

Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər aparılır. İslandiyanın "ÖSSUR” şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri də dəvət olunmaqla, onlarla birgə bu kateqoriyadan olan 32 qazimizdən müvafiq ölçülər artıq götürülüb. Yaxın vaxtlarda onlar da yüksək texnologiyalı protezlərlə təmin olunacaq. Hərbi həkim komissiyaları tərəfindən təqdim edilmiş şəhadətnamələr əsasında Vətən müharibəsi qazilərinin əlilliyinin qiymətləndirilməsi işləri də davam edir. Şəhadətləndirilmiş 600-dən çox qaziyə əlillik təyinatı aparılaraq sosial ödənişlər təyin olunub. Həmçinin reabilitasiya mərkəzlərində qazilərin sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri ilə təminatı işləri də aparılır.

S.Babayev bu il mühüm bir hissəsi müharibə əlillərindən ibarət olmaqla 205 şəxsə mühərrikli təkərli oturacaq verildiyini, ümumilikdə cari ilin 5 ayında 5 minədək əlilliyi olan şəxsin 18 minə yaxın reabilitasiya vasitəsi ilə təmin edildiyini deyib. Nazir əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, məşğulluğunun təmin olunması, əmək bazarına və sahibkarlıq fəaliyyətinə cəlb edilməsi işlərində müasir texnologiya və rəqəmsallaşmanın imkanlarından da istifadəyə də xüsusi önəm verildiyini bildirib.

İclasda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün Milli Observatoriya tərəfindən Müayinə-Sorğu Sisteminin qurulması işləri, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin cari ilin ötən dövrünə dair fəaliyyəti müzakirə olunub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür

Mübariz Ağakərim  oğlu İbrahimov 1988 ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta...

Tanınmış din xadimi QMİ-dəki vəzifəsindən istefa verdi

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimi tutduğu vəzifədən istefa verib. Sfera.az-ın məlumata görə, Təzəpir məscidin axundu, İlahiyyatçı Mircəfər Ə...

Bakıda qadının pulunu oğurlayan şəxs həbs edildi - FOTO

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub. DİN Mətbuat xidmətinin şöbə rə...

"Baku Bus"ın sürücüsü qəza törədərək hadisə yerindən qaçıb? - AÇIQLAMA

Bəzi KİV-də "Baku Bus” qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.    Bu barədə Sfera.az-a "Baku Bus”d...

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 p...

Mərkəzi Bankdan fırıldaqçılıq halları ilə bağlı AÇIQLAMA

Ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırı...