No Image
No Image

ABŞ dövlət katibinin köməkçisi Qafqaza niyə gəlir? – “Bir sıra mesajlar verəcək…”

ABŞ dövlət katibinin köməkçisi Qafqaza niyə gəlir? – “Bir sıra mesajlar verəcək…”
"Səfər çərçivəsində islahatlar, vətəndaş cəmiyyəti, demokratik proseslər ətrafında bir sıra problemlər müzakirə predmeti olacaq. Eyni zamanda, regional məsələlər, Qarabağ mövzusu da müzakirə ediləcək. Bu səfər həm də NATO sammiti öncəsidir. Ona görə də ABŞ ola bilsin, bölgə ölkələrinə bir sıra mesajlar verəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Rikerin Gürcüstan, Ermənistan və Azərbaycana başlanan səfərinin məqsədlərindən danışarkən, politoloq Nəsimi Məmmədli deyib:
 
"Filip Rikerin səfərində əsas məqsəd ABŞ-ın regiondakı geosiyasi maraqlarını bir daha aydın ifadə etməkdən ibarətdir. Bu səfərlə bu marağını həm tərəflərə, həm də dünya ictimaiyyətinə göstərməyi düşünür. SSRİ dağılandan bəri ABŞ-ın yürütdüyü Cənubi Qafqaz siyasəti hələ də dəyişməyib. Vaşinqton Cənubi Qafqazı bütöv görür və bu dövlətlərə siyasətində balansı qorumağa çalışır. 
 
Düzdür, son dövrlər ABŞ-ın 3 Cənubi Qafqaz ölkəsinə yönəlik siyasətində əməkdaşlıqla bağlı müəyyən çərçivələr yaranıb. Ermənistan və Gürcüstan ABŞ-la daha sıx əməkdaşlığa can atır. Azərbaycan isə Qərblə əsasən iqtisadi-ticari əlaqələrə üstünlük verir”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə-İsrail münasibətləri yeni mərhələyə keçir - “Yeni hökumət Fələstinlə sülh şərtlərinə..."

İsraildə 12 ildir davam edən baş nazir Binyamin Netanyahu dövrü bitdi. İsrailin yeni baş naziri Naftali Bennet and içdi və koalisiya hökuməti formalaşdırıldı.&n...

Rəsul Quliyev Köçəryanın fikirlərini ağılsız insanın sayıqlaması adlandırdı

"Köçəryanın "Azərbaycana qalib gələ biləcək ordu yaratmaq”la bağlı səsləndirdiyi bəyanatları ağılsız insanın sayaqlamasından başqa bir şey adlandırmaq mümkün ...

“İlk dəfədir Köçəryan Paşinyanı qabaqlayır” - Ermənistan vətəndaş müharibəsinə doğru

"GALLUP-un sorğusuna əsasən, ilk dəfədir Robert Köçəryan Paşinyanı qabaqlayır. İrəvanda və digər yerlərdə Robert öndə görünür”.     Bunu politol...

Ərdoğan mina xəritələrinin Azərbaycana verilməsi üçün təsir metodlarını işə salacaq – “Bəzi müsəlman ölkələr...”

Türkiyə Prezidenti Ərdoğan NATO sammitində Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi məsələsini qaldıracağını bildirib. O, bu məsələ ilə bağlı ...

“Pensiyası kəsilənlərin hər birinə alternativ qazanc yeri təklif etmək lazımdır” – Razi Nurullayev

"Ən azı 17 min insanın pensiyası dayandırılıb və bu artan xətt üzrə gedərək sosial narazılığı daha da gücləndirəcək".   Sfera.az bildirir ki, bu...

Avropa Məhkəməsi Ermənistanın tələbini rədd etdi - XİN-dən açıqlama

"Azərbaycan hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması təl...