No Image
No Image

"ABŞ raketləri 7 dəqiqəyə Moskvaya düşəcək" – Putin qəzəbləndi

Rusiya Prezidenti Vladimir Putin "Россия 1” telekanalına verdiyi müsahibədə NATO-nun hərbi fəaliyyətini və Ukraynanın NATO-ya üzv olma ehtimalını qiymətləndirib.
 
Sfera.az xəbər verir ki, NATO-nun Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunu gücləndirdiyini qeyd edən V. Putin, "NATO-nun sərhədlərimizə yaxınlaşması Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə təsir edəcək qədər mühüm bir məsələdir", - deyə söyləyib.

Putin Qərbdən gileylənərək NATO-nun şərqə doğru genişlənməsi prosesini izah edib:

"Proses iki dalğada baş verdi. Bu, Rusiya ilə Qərb ölkələri arasındakı münasibətlərin tərəfdaşlıq səviyyəsində olduğu bir vaxtda yaşandı. Lakin narahatlıqlarımıza məhəl qoyulmadı. Sərt formada danışmaq istəmirəm, amma maraqlarımızı pozdular. Qərb öz geosiyasi maraqlarını insanların və digər xalqların maraqlarından üstün tutur”.

Ukraynanın NATO üzvü olmaq istədiyi barədə də danışan V. Putin bunun boş bir məsələ olmadığını vurğulayıb.

O, Polşa və Rumıniyadakı ABŞ raketlərinin Rusiyanın mərkəzi bölgəsinə 15 dəqiqəyə çata biləcəyini, Ukrayna NATO üzvü olarsa, buradan raketlərin Moskva şəhərinə çatma müddətinin 7-10 dəqiqəyə qədər azalacağını bildirib. 

Putin Ukrayna vətəndaşlarının əksəriyyətinin ölkələrinin NATO-ya üzv olmaq istəmədiyini qeyd edib.

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Krımda sel fəlakəti: mindən çox insan evakuasiya edildi

Krıma yağan güclü yağış daşqınlara səbəb olub. Sfera.az xəbər verir ki, Kerç şəhərinin Lenin və Kirov rayonlarında 300-dən çox evi sel suları basıb. ...

BMT baş katibindən Bayden-Putin görüşü ilə bağlı - AÇIQLAMA

"Dünən Cenevrədə ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasındakı görüşdə qəbul edilən qərarlardan məmnunuq”. Sfera.az xəbər verir ki, b...

Türkiyədə yoluxanların sayı azaldı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 62 nəfər koronavirusun qurbanı olub...

Ərdoğan Avropa İttifaqını "siyasi korluq"da ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Ölkələri Sammitində Avropa İttifaqı ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki, R.T. Ərdoğan T...

Kreml Navalnını ABŞ-a təhvil verəcək? – Peskovdan "Bayden onun adını sözarası çəkib" açıqlaması

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin həbsdə olan müxalifət lideri Aleksey Navalnının ABŞ-dakı məhkumlarla dəyişdirilməsi ehtimalı ...

ABŞ ordusunun itirdiyi silahlar bu məqsədlə istifadə olunurmuş

ABŞ-da 2010-cu ildən bəri hərbi məqsədlər üçün istifadə olunan azı 1900 silahın itdiyi və ya oğurlandığı ortaya çıxıb.   Sfera.az xəbər verir ki, "Associ...