No Image
No Image

Amerikalı professorun “daha dəhşətli pandemiya” iddiası doğrudurmu? – “Bu, mütləq baş verəcək”

Amerikalı professorun “daha dəhşətli pandemiya” iddiası doğrudurmu? – “Bu, mütləq baş verəcək”
"Virus müəyyən zamandan sonra özünü yenidən və daha dəhşətli şəkildə göstərəcək”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın mikrobiologiya üzrə professoru Peter Hotezin COVİD-19-dan daha təhlükəli COVID-26 və COVID-32 virusunun yayılacağı ilə bağlı iddialarına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Ümumiyyətlə, koronavirusun 4 növü soyuqdəymə şəklində olsa da hər il özünü göstərir. COVİD-19 bizə bird aha xatırlatdı ki, virusun müxtəlif ağır formaları müəyyən müddətdən sonra təkrarlanmaq xüsusiyyətinə malikdir. Bu məntiqi analizdir”.
 
Həkimin fikrincə, mutasiya edən viruslar müəyyən müddətdən sonra yenidən təkrarlanacaq: "Dünya Səhiyyə Təşkilatı 2019-cu ildə insan sağlamlığını təhdid edən on amildən biri kimi dəhşətli qrip infeksiyasını göstərib. Bu nə vaxtsa özünü göstərəcək. Bir il, yaxud on ildən sonra bu baş verəcək. Mutasiya edən viruslar hansısa bir zamandan sonar daha təhlükəli forma alır və kütləvi tələfatla müşayiət olunan yeni pandemiyaya səbəb olurlar. Bu mənada amerikalı professorun dediklərində məntiq var. Bu təhlükənin nə zaman reallaşacağını deyə bilmərəm, amma, bu mütləq olacaq”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - Adil Qeybulla adını açıqladı

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda "Pfizer”lə yanaşı, Çinin "Sinovac Biotech”, Rusiya istehsalı ol...

Bu şəxslərə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər". Sfera.az xəbər verir ki, bunu...

Amerikalı professorun “daha dəhşətli pandemiya” iddiası doğrudurmu? – “Bu, mütləq baş verəcək”

"Virus müəyyən zamandan sonra özünü yenidən və daha dəhşətli şəkildə göstərəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın mikrobiologiya üzrə pr...

Azərbaycanda uşaqlar da peyvənd olunacaq? - "Əks təsirləri ola bilər..."

Artıq bəzi ölkələrdə koronavirus əleyhinə vaksinasiya təkcə 18 yaşdan yuxarı şəxslər üçün deyil, eyni zamanda uşaqlar üçün də nəzərdə tutulub. Hətta bu gün ABŞ-...

COVİD-19-a qarşı vaksinin üçüncü dozası da vurulacaq? – Adil Qeybulladan açıqlama

COVİD-19-a qarşı iki dozanın yetərli təsir etməyəcəyini, üçüncü dozaya da ehtiyac olduğu istiqamətində müzakirələr gedir. Mütəxəssislər üçüncü dozanın xüsusil...

Peyvənd olunanlara 100 manat veriləcək? - “Müxtəlif bəhanələr uydururlar”

Bir sıra ölkələr əhalini vaksinasiya prosesinə cəlb etmək üçün müxtəlif həvəsləndirici addımlar atır. Məsələn, ABŞ-ın Qərbi Virciniya ştatında 16-35 yaş aralı...