No Image
No Image

Avro-2020 ilə bağlı ekspres marşrut xətləri təşkil ediləcək

Avro-2020 ilə bağlı ekspres marşrut xətləri təşkil ediləcək
Bakı Nəqliyyat Agentliyi (BNA) AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları zamanı azarkeşlərin daşınması ilə əlaqədar nəqliyyat planı hazırlayıb.
 
Bu barədə Sfera.az-a qurumdan bildirilib.

Məlumata görə, müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

X-1 marşrut xətti "Qara Qarayev” metro stansiyası yaxınlığındakı "Sevinc” kinoteatırının önündən, X-2 marşrut xətti isə "28 May” metro stansiyası yaxınlığında yerləşən Səməd Vurğun parkının yaxınlığından - Dilarə Əliyava küçəsindən yola düşəcək. Hər iki xətt oyunun başlama vaxtından 3 saat əvvəl işə düşəcək və oyunun başlanmasına 30 dəqiqə qalanadək davam edəcək. Oyun bitdikdən sonra isə ekspres xətlər üzrə əks istiqamətdə daşımalar yerinə yetiriləcək və ən son azarkeş geri daşınanadək fəaliyyət göstərəcək. Hər iki xətt üzrə avtobus sayı tələbata uyğun tənzimlənəcək. Zərurət yarandığı halda daşımalara ehtiyat avtobuslar da cəlb olunacaq. Daşımalar ödənişsiz həyata keçiriləcək.

Xaricdən gələn azarkeşlərin daşınması da ekspres xətt avtobusları ilə icra olunacaq. Bunun üçün P21 və P22 olmaqla əlavə iki ekspres xətt təşkil edilib. P21 xətti üzrə avtobuslar Xəlil Rza Ulutürk küçəsi-"Dəniz Mall"-un qarşısı, P22 xətti üzrə isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat Terminalı-Ağ şəhər Bulvarı və əks istiqamətlərdə hərəkət edəcəklər. Qeyd olunduğu kimi P21 və P22 xətti üzrə avtobuslar yalnız xaricdən gələn azarkeşlərin daşınması üçündür.
Futbol üzrə Avropa çempionatına akkreditasiyadan keçmiş media işçiləri və könüllülər 5 iyul 2021-ci il tarixinədək müntəzəm marşrut xətləri üzrə avtobuslardan ödənişsiz hərəkət imkanına malikdirlər. Bununla bağlı daşıyıcılara tapşırıq verilib və müvafiq akkreditasiya nümunələri təqdim edilib.
Nəqliyyat əməliyyatlarının operativliyinin və nəqliyyatla əlaqədar tələb olunan xidmətlərin yüksək səviyyədə təmin olunması məqsədilə Bakı Nəqliyyat Agentliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində nəqliyyat məsələləri üzrə qərargah yaradılacaq. Qərargahın fəaliyyəti bu sahədə iştirak edən dövlət qurumlarının işini əlaqələndirməklə yol şəbəkələrinin, nəqliyyat tələbatlarının və nəqliyyat kommunikasiyalarının idarə olunmasından ibarətdir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Anadolu Qartalı - 2021” təlimi başladı - FOTO

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə N...

"Davam" Turizm klubu "Tour&Info" layihəsinə start verdi - FOTOLAR

Davamlı İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən "Davam" Turizm klubu tərəfindən "Tour&Info” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk tur ...

Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTO

İsmayıllı rayonunda "Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Sfera.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətini...

Yetmiş qaziyə son nəsil protezlər verilib

Vətən müharibəsində yaralanmış qazilərimizdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yüksək texnologiyalı protezlərlə təm...

245 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

Prezident İlham Əliyevin 245 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamların icrası olaraq, Dövlət M...

Beynəlxalq fırıldaqçının çarəsiz qoyduğu ananın FƏRYADI - "Kiminsə kefi belə istəyir..."

"Pul yumaq” üzrə beynəlxalq fırıldaqçı Moldovada yaşayan və biznesini idarə edən Almari Vael Süleymanın övladının anası Yekaterina Xasan Yenicag.az-a öz hə...