No Image
No Image

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün kampaniya

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün kampaniya
Daim iş adamlarına faydalı olmağa çalışan Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün yeni kampaniyaya başlayıb.
 
Sfera.az-ın məlumatına görə, Bankın elan etdiyi kampaniya "Sahibkarlara faydalı” adlanır. Kampaniya müddətində Bankın xidmət və məhsullarından yeni istifadə etməyə başlayan sahibkarlara SahibKart, Business/Korporativ kartı və əməkhaqqı kartları hədiyyə olaraq pulsuz veriləcək.

Bundan başqa, Bankdan biznes krediti alan şirkət rəhbərlərinə, yaxud fərdi sahibkarlara TamKart Classic hədiyyə edilir, TamKart Gold, Platinum və Premium kartları isə 50% endirimlə təklif olunur.


Kredit məbləğindən asılı olaraq sahibkarlar Azərbaycan Beynəlxalq Bankından hədiyyə IBA Miles və ya Azercell kobrend kartı əldə etmək, yaxud bu kartları 50% endirimlə almaq fürsəti də qazanırlar.


Standart tarifə uyğun gələn müştərilərin ticarət və xidmət məkanlarındakı POS-terminallarda və ya onların veb resurslarında "Azericard” prosessinq mərkəzi tərəfindən xidmət göstərilən bank kartları ilə qəbul edilmiş ödənişlər zamanı 50%-dək komissiya güzəşti edilir. Kampaniya dövründə kreditin rəsmiləşdirilməsində isə müştərilər komissiyada – 50%-dək endirim güzəşti və 12 ayadək güzəşt müddəti qazanırlar. Kampaniya 30 iyun 2021-ci il tarixinə qədər keçərlidir. Bu barədə daha ətraflı Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda əhali ən çox nəyə pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi xərclədiyi pulun çox hissəsini ərzağın alışına, ən az hissəsini pullu xidmətlərin əldə edilməsinə sərf edir.  Sfera.az xəbər verir...

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

BirKart sahibləri ölkə üzrə olan Mall-larda daha çox qazanacaqlar

Bildiyiniz kimi ölkə ərazisində xüsusi karantin rejiminin tədricən yumşaldılması nəticəsində iri ticarət mərkəzilərinin və Mall-ların fəaliyyəti uzun sürən fa...

Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, a...

Unibank ipoteka faiz dərəcəsini endirib

"Unibank”da ipoteka kreditləri indi daha sərfəli olub. Unibank ipoteka kreditləri üzrə faiz dərəcəsini 7%-ə endirib. Avqustun 15-dək davam edən kampaniya çərç...

Azərbaycan neftinin qiyməti 75 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,75 ABŞ dolları, yaxud 1 % artıb. Sfera.az xəbər v...