No Image
No Image

Azərbaycan Ombudsmanı iranlı həmkarı ilə görüşdü

Azərbaycan Ombudsmanı iranlı həmkarı ilə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İranın Baş Təftiş Təşkilatının rəhbəri (Ombudsman) Həsən Dərvişyan ilə onlayn formatda görüş keçirib.

Sfera.az xəbər verir ki, onlayn görüşdə iki ölkə arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyi qeyd olunub.

Görüş zamanı Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən işğal dövründə Azərbaycan ərazilərində basdırılan minaların səbəb olduğu insan tələfatına diqqət çəkərək bildirib ki, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıtmasında çox ciddi maneələr yaranıb. Müharibənin başa çatmasından bu günə qədər 140-dan çox insanın minaya düşdüyünü, nəticədə 27 şəxsin həyatını itirdiyini qeyd edən Ombudsman bununla bağlı müxtəlif beynəlxalq qurumlara mütəmadi olaraq müraciətlər etməsinə baxmayaraq, Ermənistanın hələ də mina xəritələrini verməkdən imtina etdiyini bildirib.

Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərini kobud şəkildə pozduğunu vurğulayan Ombudsman işğalçı dövlətin siyasi və hərbi rəhbərliyinin insanlıq eləyhinə törədilən bu cinayətlərə görə birbaşa məsuliyyət daşıdığını bildirib. Qeyd olunub ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddət ərzində işğal altında saxlanılan ərazilərdə yaşayış yerləri tamamilə viran qoyulub. Bu vəziyyət regional inkişafa mənfi təsir göstərməklə yanaşı, eyni zamanda sülhü və sabitliyi təhlükə altında qoyub. Ombudsman belə halların təkrarlanmaması üçün beynəlxalq insan hüquqları təşkilatlarının həmrəylik göstərərək mövcud vəziyyətə düzgün hüquqi qiymət verməsinin və cavabdeh şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün lazımi səylər göstərməsinin vacibliyini vurğulayıb.

Görüşdə İran Ombudsmanı Həsən Dərvişyan qurumlar arasında ikitərəfli memorandum imzalanmasını təklif edib və Azərbaycan Ombudsmanı bu təklifi müsbət qarşılayıb. Görüş qarşılıqlı əməkdaşlığın inkişafı, habelə İslam Əməkdaşlığı Təşkilatı Ombudsmanlar Assosiasiyasının üzvləri arasında əlaqələrin genişləndirilməsi barədə müzakirə ilə davam edib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakı ilə Moskva arasında iclas - Hansı məsələlər Rusiya Şurasında gündəmə gətirildi?

İyunun 16-da Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyas...

Pərvin Kərimzadə: Şuşa Bəyannaməsi ilə bölgəyə çox böyük mesajlar verildi

"Milli Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ilə dünyaya və bölgəyə çox böyük mesajlar v...

Yeni müharibə TƏHLÜKƏSİ: "Rusiya çevrəyə alınır..."

"Növbəti 10 il ərzində NATO Rusiyanın hər tərəfdən çevrələnməsi üçün çalışacaq".   Bunu Sfera.az-a açıqlamasında politoloq Natiq Miri deyib. Politoloq ək...

Ərdoğan: "Bütün dünya bilsin ki, Azərbaycanın yanında yer alacağıq”

"Gözlərini qırpmadan Vətən üçün qəhrəmancasına mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrini təbrik edirəm”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezid...

Rusiyanın “Şuşa bəyannaməsi”nə reaksiyası necə olacaq? - Açıqlama

"Ərdoğanın Qarabağa səfəri və səfərin nəticəsi olan "Şuşa bəyannaməsi” Ermənistanda qorxu və vahimə yaradarkən, Moskvanın reaksiyasi hələ ki, soyuqqanlıdır. R...

Ərdoğan parlamentdə çıxış edir - CANLI YAYIM

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının xüsusi iclası keçirilir. Sfera.az xəbər verir ki, toplantıda Azərbaycanda rəsmi səfərdə olan Türkiy...