No Image
No Image

Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanıldı

Azərbaycanda
Bu gündən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinin istifadəsinə başlanılıb.

Sfera.az xəbər verir ki, bu vətəndaşlarımızın seçim imkanlarını daha da artırır.

Vaksinin istifadəsinə Bakı Sağlamlıq Mərkəzində və Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılıb.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Bunun üçün https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir. Bunun üçün "COVID-19 vaksin randevu” elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla” düyməsinə basmalıdır. Bundan sonra, vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.

Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.

Qeyd edək ki, "Pfizer” vaksini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tanınıb.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda "Pfizer” peyvəndinin tətbiqinə başlanıldı

Bu gündən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə "Pfizer” vaksinin istifadəsinə başlanılıb. Sfera.az xəbər verir ki, bu vətənda...

Azərbaycanda olan hansı vaksin daha yaxşıdır? - Adil Qeybulla adını açıqladı

Bu gündən Azərbaycanda koronavirus əleyhinə "Pfizer” peyvəndinin tətbiqinə başlanılır. Hazırda "Pfizer”lə yanaşı, Çinin "Sinovac Biotech”, Rusiya istehsalı ol...

Bu şəxslərə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər". Sfera.az xəbər verir ki, bunu...

Amerikalı professorun “daha dəhşətli pandemiya” iddiası doğrudurmu? – “Bu, mütləq baş verəcək”

"Virus müəyyən zamandan sonra özünü yenidən və daha dəhşətli şəkildə göstərəcək”.   Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-ın mikrobiologiya üzrə pr...

Azərbaycanda uşaqlar da peyvənd olunacaq? - "Əks təsirləri ola bilər..."

Artıq bəzi ölkələrdə koronavirus əleyhinə vaksinasiya təkcə 18 yaşdan yuxarı şəxslər üçün deyil, eyni zamanda uşaqlar üçün də nəzərdə tutulub. Hətta bu gün ABŞ-...

Açıq havada maska taxmaq ləğv olunur - TƏBİB-dən AÇIQLAMA

"Açıq havada maskadan istifadənin ləğvilə bağlı qaydalar hazırlanır”.   Sfera.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (...