No Image
No Image

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA
Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahirin və onun yaxınlarının adına rəsmiləşdirdiyi əmlaklar əlindən çıxıb.

Musavat.com-a verilən məlumatda o da iddia olunur ki, sürücüsü Süleyman Mikayılovdan xəbərsiz özünün və yaxınlarının adına olan, dəyəri bir neçə milyonla ölçülən əmlakları müxtəlif şəxslərə satıb. Bir neçə gün əvvəl isə koronavirus infeksiyasına yoluxma adı ilə işə çıxmayıb. Süleyman Mikayılov nə baş verdiyindən xəbər tutanda isə sürücü artıq ölkədə olmayıb.

İddiaya görə, hazırda Süleyman Mikayılov çox çətin durumdadır.

Sürücünün rəsmi axtarışa verilməsi onun özünün karyerasını sual altına qoyacağını bilir. Anlayır ki, Mahir əli qandallı, rəsmi olaraq tutulub ölkəyə gətirilərsə və istintaqa cəlb olunarsa, dəyəri 10 milyonlarla ölçülən varidatı da rəsmi olaraq, etiraf etməlidir. Azərbaycanda vəzifədə olan və korrupsiya bataqlığında çabalayan hər bir məmur üçün bundan "qorxulu yuxu" yoxdur.

Süleyman Mikayılov mal varlığının bu şəkildə və istintaq vasitəsi ilə rəsmiləşməsinin yolunu həbsdəki icra başçılarının kameralarından sala biləcəyinin fərqindədir. Odur ki, sürücünü qeyri-rəsmi yollarla axtarılaraq tapılmasına nail olmağa çalışır. Amma bu da bir nəticə verməyib.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Mövzuya qayıdacağıq.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sürücü icra başçısının mülklərini satıb qaçdı - İDDİA

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çox çətin duruma düşüb. Məlumatlı mənbələr iddia edirlər ki, onun illərlə topladığı, sürücüsü Mahir...

Bazarlarda niyə tez-tez yanğınlar olur? - Ekspert potensial təhlükələrdən danışdı

"İş yerlərində, obyektlərdə, istehsalat və iri ticarət mərkəzlərində çalışan işçilər üçün təhlükəsiz əmək şəraiti olmalıdır ki, bədbəxt qəzalar, yanğın hadisələ...

Sevgilisini qətlə yetirərək intihara cəhd edən polis əməkdaşı öldü

Bakıda qadını tapança ilə qətlə yetirərək, intihara cəhd edən polis əməkdaşı ölüb. Sfera.azın xəbərinə görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, 1995...

Bakıda intihar edən sahibkar oğlu imiş - FOTO

Bakıda intihar edən gənclə bağlı araşdırma başladılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.  Bildirilib ki, 1995-ci il tə...

Bakıda yaşayış binasında yanğın: xəsarət alanlar var

Bakıda yanğın hadisəsi olub. Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nəsimi rayonunda dördmərtəbəli yaşayış bin...

Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO

Vətən müharibəsinin iştirakçısı leytenant Nəbizadə Rüfət Ağayar oğlu intihar edib. Sfera.az xəbər verir ki, bu barədə hərbçimizin atası Ağayar Nəbizadə mə...