No Image
No Image

“Azərbaycanlı jurnalistlərin faciəli ölümündən şok yaşadım” - UNESCO-nun Baş direktoru

“Azərbaycanlı jurnalistlərin faciəli ölümündən şok yaşadım” - UNESCO-nun Baş direktoru
UNESCO-nun Baş direktoru Audrey Azoulay Kəlbəcərdə minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərdən danışıb.

Sfera.az xəbər verir ki, bu barədə UNESCO-nun saytında məlumat verilib.

Audrey Azoulay 4 iyun tarixində Azərbaycanın Kəlbəcər rayonunda azərbaycanlı jurnalistlər - Sirac Abışov və Məhərrəm İbrahimovun minaya düşərək həlak olmaları ilə bağlı hadisəni qınayıb.

"Sirac Abışov və Məhərrəm İbrahimovun faciəli ölümündən şok yaşadım. Jurnalistlər şəxsi təhlükəsizlik riski olmadan peşələrini yerinə yetirə bilməlidirlər”,- deyə Azoulay qeyd edib.

Xatırladaq ki, iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "KamAz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov ("Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DTX rəisi Pakistan Quru Qoşunları komandanı ilə görüşdü

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev ilə Azərbaycanda rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Quru Qoşunları kom...

İlham Əliyev Türkiyə ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq e...

Ceyhun Bayramov: "Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur"

"Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur". Sfera.az xəbər ver...

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Nazirdən azad edilmiş ərazilərdə invertarlaşdırma ilə bağlı - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb. Sfera.az xəbər verir ki, bu barədə öz tvitter hesabında iqtisadiyy...

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib. Sfera.az xarici ...