No Image
No Image

“Bakı geri çəkilsəydi...” – Zəngəzur uğrunda diplomatik müharibənin detalları

“Bakı geri çəkilsəydi...” – Zəngəzur uğrunda diplomatik müharibənin detalları
"Fransa və ABŞ Cənubi Qafqazda Rusiyanın öz hərbi varlığını sürdürməsini istəmədiyindən Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil”.

Bu sözləri Sfera.az-a açıqlamasında son bir həftə ərzində Azərbaycan-Ermənistan sərhədində baş verənlərin Qərbdə ciddi hay-küyə səbəb olmasının arxasında hansı məqamların dayandığına aydınlıq gətirərkən politoloq Natiq Miri deyib:

"Zəngəzur dəhlizinin açılması, regionda yeni əməkdaşlıq platformasının qurulması bəzi qlobal güclərin maraqlarına uyğun gəlmir. Zəngəzurda açılacaq yeni kommunikasiya sistemində hər ölkənin öz geosiyasi maraqları var. Cənubi Qafqazda hazırda Rusiya öz hərbi varlığını sürdürür. Bu vəziyyət isə Fransa və ABŞ-ı heç cür qane etmir. Ona görə də bu iki dövlət Rusiyanın bölgəmizdə mövcudluğu səbəbindən sözügedən dəhlizin açılmasını istəmirlər”.

Bununla belə politoloq hesab edir ki, son hadisələr heç də sözügedən dəhlizin açılıb-açılmaması ilə bağlı deyil: "Baş verənlər sərhədlərin demilitarizasiyası və və demarkaziyası ilə bilavasitə əlaqəlidir. Bu məsələdə İrəvanın müəyyən siyasi maraqları da mövcuddur. Məsələyə həmçinin, Zəngilan, Qubadlı, Laçının bəzi bölgələrində sərhədlərin müəyyənləşməsi kimi də yanaşmaq olar. Ermənistan hakimiyyəti bilməmiş deyil ki, Qaragöl və ətraf ərazilər Azərbaycana məxsus olub. SSRİ dönəmində tərtib edilən xəritələrdə də bu öz əksini tapıb”.

Həmsöhbətimiz bildirdi ki, Ermənistan məsələ ətrafında ajiotaj yaratmaqla bir çox beynəlxalq gücləri hərəkətə gətirməyə çalışır:
 
"İrəvanda düşünürdülər ki, həmin güclərin təzyiqilə Azərbaycan geri çəkiləcək.  Belədə, seçki öncəsi Paşinyan ictimai rəydə problemi öz xeyirlərinə dəyişdikləri düşüncəsini formalaşdırmağa çalışırdı. Azərbaycan geri çəkilsəydi, bu həmin güclərə yeni təzyiqlər üçün bir presedent yaradacaqdı. Bakı geri çəkilsəydi, gələcək perspektivdə Azərbaycana aid olan Naxçıvanın Kərki və Qazaxın 7 kəndi ilə bağlı məsələ, habelə digər bölgələrdə hələ müəyyənləşməyən sərhədlər Ermənistanın xeyrinə həll oluna bilərdi. Lakin Azərbaycan siyasi iradə ortaya qoymaqla məsələni müəyyən qədər dondurdu. Nə zaman Azərbaycan özü proses yaradırsa, Ermənistan və onun havadarları həmin prosesin arxasınca sürünmək məcburiyyətində qalırlar. Bu isə  sentyabrın 27-si əks hücum faktından sonra ikinci ən mühüm üstünlükdür”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə Prezidentinə “Zəfər” adlı Qarabağ atı hədiyyə edildi

Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” kompozisiyasının təqdimatı zamanı Türkiyə Respublikasının Prezide...

Əliyevlə Ərdoğanın Şuşadan dünyaya verəcəkləri mesaj – Nələr gözlənilir?

"İlham Əliyevin Ərdoğanı Bakıda yox, Qarabağda rəsmi mərasimlə qarşılamasının iki şifrəsi var. Birincisi, işğaldan azad edildikdən sonra Qarabağa ilk səfər ed...

Ərdoğanın Şuşaya səfər proqramı AÇIQLANDI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycandakı səfər proqramı bəlli olub. Sfera.az TRT-yə istinadən xəbər verir ki, Bakıya gələn Ərdoğan buradan...

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zama...

Ərdoğan Şuşada Azərbaycan xalqına hansı sürprizi edəcək? – "Bəlkə elə bunu nəzərdə tutur..."

"Türkiyə ilə ABŞ arasında istənilən məsələlərdə razılıq əldə olunması birmənalı olaraq Azərbaycanın və Azərbaycan-Türkiyə dostluğunun mənafeyinə xidmət edir”....

ABŞ bölgədə Rusiyanı qabaqlayır – “Günahkar isə Moskvanın özüdür...”

"Bölgə ilə bağlı humanitar məsələlərin həllində ABŞ Rusiyanı üstələməyə başlayıb”.   Bu sözləri Sfera.az-a açıqlamasında iyunun 12-də Bakı ilə İrəv...