No Image
No Image

Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı

Bakıda piştaxtası sökülən şəxs özünü yandırdı
Binəqədi rayonu Biləcəri qəsəbəsində özünü Qarabağ əlili kimi təqdim edən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.

DİN Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, qəsəbə ərazisində piyadaların hərəkət hissəsində yolu zəbt edərək, qanunsuz quraşdırılan küçə ticarəti piştaxtası yığışdırılan zaman Məhəmmədəli Hacıyev özünü yandırmağa cəhd edib: "Bu cəhdin qarşısı alınaraq, o, dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.

Yayılan məlumata görə, polis Binəqədi rayonu ərazisində yerləşən şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili ilə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq həmin şəxs özünü yandırıb.Hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR