No Image
No Image

Bakıda xəstəxanada saxtakarlıq - Xaricdə yaşayan tibb bacısının adına maaş yazıldı

Bakıda xəstəxanada saxtakarlıq - Xaricdə yaşayan tibb bacısının adına maaş yazıldı
Bakıdakı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.

Cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.

Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.

Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdılaşdırılıb.

ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report”un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronanın simptomları dəyişdi: Artıq burun axıntısı da...

May ayının əvvəlindən sürətlə yayılan Hindistan ştammı koronavirus simptomlarının dəyişməsinə səbəbi ola bilər. Sfera.az xəbər verir ki, bu barədə İngiltə...

Stress, əsəb, gərginlik immuniteti 1 həftəlik "söndürür" - Effektiv metodlar

İşdə, evdə, yolda, ailədə, ən xırda problemdən ötrü yaranan gərginlik və əsəb, xüsusən qışqırma həddinə çatanda insanın damarları - magistral və beyinə gedən əs...

Çimərlikdə yeyib-içmək təhlükəlidir? - RƏSMİ XƏBƏRDARLIQ

Yay mövsümü ailə və dostlarla açıq havada əyləncə üçün çoxlu imkanlar təqdim edir. Lakin bu zaman qida yolu ilə keçən bakteriyaların yetişməsi üçün də geniş zəm...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 40 844 nəfər vaksinasiya olunub. Sfera.az  xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ə...

Son sutkada vaksinasiya olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 39 985 nəfər vaksinasiya olunub. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. G...