No Image
No Image

Bayden Putini təhdid etdi: "Dövlətlərin suverenliyini pozmağın öz nəticələrinin olacağını ona çatdıracağam”

Bayden Putini təhdid etdi:
İlk xarici səfərini Böyük Britaniyaya həyata keçirən ABŞ Prezidenti Co Bayden burada Rusiya hökumətini və Vladimir Putini hədəfə alıb.
 
Sfera.az xəbər verir ki, Bayden Rusiya hökumətinin zərərli fəaliyyətlərlə məşğul olmağa davam edəcəyi təqdirdə rəsmi Vaşinqtonun qəti və mənalı cavab verəcəyi ilə təhdid edib.

Putinlə görüşəcəyini bildirən Bayden  "Ona ABŞ, Avropa və digər yerlərdə demokratik dövlətlərin suverenliyini pozmağın öz nəticələrinin olacağını çatdıracağam", - deyə söyləyib.

O diqqətə çatdırıb ki, ABŞ Rusiya ilə gərginlik deyil, sabit, proqnozlaşdırıla bilən əlaqələr formalaşdırmaq niyyətindədir.

Qeyd edək ki, Co Bayden Avropa turunun ilk başlanğıcında - iyunun 10-da Böyük Britaniya Baş naziri Boris Consonla, iyunun 13-də isə Kraliça II Yelizaveta ilə görüşəcək. 

O, Böyük Britaniyadan sonra iyunun 14-də Belçikanın paytaxtı Brüsseldə keçiriləcək NATO Zirvəsinə qatılacaq, Rəcəb Tayyib Ərdoğanla ilk dəfə prezident qismində görüşəcək.

Co Bayden iyunun 15-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı Sammitində iştirak edəcək, iyunun 16-da isə İsveçrənin Cenevrə şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi

İranın səhiyyə naziri Səid Nemeki COVID-19-a qarşı hazırlanmış yerli "COVIRAN Bərəkət” peyvəndinin təcili istifadəsinə icazə verildiyini açıqlayıb.   Sfe...

Ərdoğan-Makron görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.   Sfera.az xərbər verir ki, görüşdə ikitərəfli məsələlər m...

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Görüş ö...

Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı

Cenevrə rəhbərliyi tərəfindən Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin 16 iyun görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq elan etdiyi pilotsu...

Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərin...

Koronavirusdan xilas olmaq istəyənlər yeni "tanrıça"ya sitayiş edirlər - FOTO

Koronavirusa görə ən çox yoluxma və ölümlərin müşahidə edildiyi Hindistandan daha bir qəribə xəbər gəlib.   Sfera.az bildirir ki, "virusun yeni mərkəzi” ...