No Image
No Image

Bayden Zelenskini Vaşinqtona dəvət etdi

Bayden Zelenskini Vaşinqtona dəvət etdi
ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ rəhbərinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

O, qeyd edib ki, Ağ Ev rəhbəri ukraynalı həmkarını yayda Vaşinqtona dəvət edib.

Bayden Zelenski ilə söhbətində Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Sallivanın sözlərinə görə, Bayden Zelenskini iyunun 16-da Cenevrədə Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək görüşündə Ukraynanın maraqlarını müdafiə edəcəyinə əmin edib. "Prezident Bayden prezident Zelenskiyə dedi ki, o Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü, həmçinin onun gələcək səylərini mətanətlə müdafiə edəcək. O, həmçinin prezident Zelenskiyə bildirdi ki, bu yay Avropadan qayıtdıqdan sonra Ağ Evdə onu qəbul etmək imkanını səbirsizliklə gözləyir", - Sallivan deyib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İranın yerli istehsal peyvəndi “COVIRAN Bərəkət” təcili istifadəyə verildi

İranın səhiyyə naziri Səid Nemeki COVID-19-a qarşı hazırlanmış yerli "COVIRAN Bərəkət” peyvəndinin təcili istifadəsinə icazə verildiyini açıqlayıb.   Sfe...

Ərdoğan-Makron görüşü başlayıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.   Sfera.az xərbər verir ki, görüşdə ikitərəfli məsələlər m...

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Görüş ö...

Putinlə Baydenin Cenevrə görüşünə görə PUA-ların uçuşu dayandırıldı

Cenevrə rəhbərliyi tərəfindən Rusiya və ABŞ Prezidentləri Vladimir Putinlə Co Baydenin 16 iyun görüşündən əvvəl təhlükəsizlik tədbiri olaraq elan etdiyi pilotsu...

Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərin...

Koronavirusdan xilas olmaq istəyənlər yeni "tanrıça"ya sitayiş edirlər - FOTO

Koronavirusa görə ən çox yoluxma və ölümlərin müşahidə edildiyi Hindistandan daha bir qəribə xəbər gəlib.   Sfera.az bildirir ki, "virusun yeni mərkəzi” ...