No Image
No Image

BP ilə yeni əməkdaşlıq Azərbaycana nə vəd edir? - TƏHLİL

BP ilə yeni əməkdaşlıq Azərbaycana nə vəd edir? - TƏHLİL
Böyük Britaniyanın BP şirkəti Zəngilan və Cəbrayıl rayonlarında ümumi gücü 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisini həyata keçirəcək. Bununla bağlı 2021-ci ilin iyulun 3-də Azərbaycanın Energetika Nazirliyi və BP şirkəti arasında İcra Müqaviləsi imzalanıb. 

Sfera.az bildirir ki, razılaşma Azərbaycanın işğaldan azad edilən ərazilərində "yaşıl enerji” zonasının yaradılması, bərpa olunan enerji sektorunun inkişafı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin həyata keçirilməsi baxımından əhəmiyyətlidir. 

Bu müqavilə BP-nin də maraqlarına uyğundur. Britaniya şirkəti 2050-ci ilədək "xalis sıfır emissiya”lı şirkətə çevrilmək hədəfini müəyyənləşdirib və razılaşma qeyd edilən hədəfə çatmaq üçün yeni bir imkandır.

Energetika sahəsi üzrə ekspert Zəfər Vəliyev düşünür ki, layihənin uğurla həyata keçirilməsi Azərbaycanla BP arasında alternativ enerji sahəsində əməkdaşlığı dərinləşdirə bilər: 

"Çünki BP-nin "yaşıl enerji” sahəsinə böyük sərmayə qoymaq planları var. Şirkət istəyir ki, ortamüddətli dövrdə böyük məbləğdə sərmayələri alternativ enerji sahələrinə yönəltməklə enerji bazarında qlobal mövqeyini bir qədər də gücləndirsin. Bu məqsədlə BP-nin yaxşı əməkdaşlıq imkanlarına sahib olduğu ölkələrlə "yaşıl enerji” sahəsində işbirliyi güclənəcək”. 

Ekspert qeyd etdi ki, Azərbaycan dünyada neft və qaz ölkəsi kimi tanınsa da işğaldan azad edilən ərazilərdə "yaşıl enerji” zonası elan edib. 

"Qarabağın düzən və dağlıq hissəsində külək, hidroelektrik stansiyasına, eyni zamanda Qarabağın düzənlik hissəsində, yəni Zəngilan, Cəbrayıl, Füzulinin bəzi hissələrində günəş elektrik stansiyalarının inkişafına üstünlük veriləcək”, - deyən Z.Vəliyev söylədi ki, bu məsələdə BP ilə əməkdaşlıq uğurlu olacaq: 

"BP bu ilin əvvəlində bəyan etdi ki, qarşıdakı illərdə yeni iqlim tələblərinə uyğun olaraq özünün enerji potfelində ciddi dəyişiklik edəcək. BP alternativ və bərpa olunan  enerji mənbələrinə daha çox investisiya yönəldəcək və özünün fəaliyyət mexanizmini bu sahəyə kökləyəcək. 

BP-nin bu qərarı 2015-ci ildə Parisdə imzalanan iqlim sazişi ilə bağlıdır. Sazişə uyğun olaraq Beynəlxalq Enerji Agentliyi özünün hədəflərini elan etdi və yol xəritəsi planını açıqladı. Yol xəritəsinə əsasən, 2021-ci il istisna olmaqla növbəti illərdə neft-qaz sektoruna investisiya qoymaqdan çəkinməlidir. Açıq şəkildə bəyan edirlər ki, dünya yeni enerji erasına keçid ərafəsindədir. Hədəflərdən biri ondan ibarətdir ki, dünyanın bütün ölkələri, əsasən də inkişaf etmiş ölkələri, dövlət səviyyəsində ənənəvi enerji mənbələrindən mərhələli şəkildə imtina etməlidirlər və enerji təhlükəsizlərini təmin etmək üçün alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına daha çox sərmayə qoymalıdır”. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?

Ötən gün Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib. Pararle...

Türkiyə ilə ticarət əməliyyatlarının həcmi 5 milyard dollara çatacaq

Azərbaycan ilə Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsində nəzərdə tutulan mühüm əməkdaşlıq sahələrindən biri də ticarət-iqtisadi münasibətlərin inkişafı ilə...

“Türkiyədən corab-tuman almaqdansa, birgə müəssisələr quraq” – İqtisadçıdan etiraz

"Türkiyədən idxalın artması ölkədən daha çox valyutanın çıxması deməkdir. Bu isə manata basqıların artması ilə nəticələnəcək. Lirə zatən ucuzdur, ucuzlaşması ...

İdxal edilən avtomobillərin sayı kəskin artıb – “İkinci əl” və ucuz...

2021-ci ildə ölkəmizə avtomobil idxalında artım davam edir. Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, ilk 5 ay ərzində xaricdən 31 220 ədəd ...

Şuşa görüşündən sonra Azərbaycan-Türkiyə ticarəti üçün yeni perspektivlər açılacaq

Azərbaycanla Türkiyə arasında münasibətlərin dərinləşməsi özünü iqtisadi sahədə də göstərir. Ölkəmizə səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pre...

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...