No Image
No Image

"Bu da planın tərkib hissəsidir” - Ekspert ABŞ-Türkiyə yaxınlaşmasını şərh etdi

"ABŞ və Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək”.

Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Qarabağ müharibəsindən sonra yeni bir nizamın formalaşması, Azərbaycan və Türkiyə tandeminin önə çıxması, bu prosesdə Rusiyanın da regionda aktivliyi Vaşinqtonun regionla bağlı strategiyasında yeni bir dəyişikliyə və aktivliyə yol açdı:

"Rusiyanın Cənubi Qafqazda inkişaf edən siyasi-hərbi planlarına qarşı ABŞ -ın təkbaşına mübarizə aparması xeyli dərəcədə zəifləyib. Bayden-Putin görüşündə Cənubi Qafqazda post-müharibə dövründə cərəyan edən Ermənistanla Azərbaycan arasında yaşanan gərginliklər müzakirə edilsə də, tərəflərin regionla bağlı siyasətində diametral fərqlilik qalacaq. Çünki Vaşinqtonun Rusiyanın regionda güclənməsini qəbul etməsi özünün Gürcüstan və Ermənistandakı siyasətinə ciddi zərbə vurur. ABŞ-ın məhz bu məsələdə Türkiyə amilindən istifadə edərək Cənubi Qafqazda Rusiyanın mövqeyini zəiflətmək siyasətinə üstünlük verməsi gözlənilir. ABŞ dövlət katibinin köməkçisinin regiona səfəri məhz bu planın tərkib hissəsidir”.

Politoloq bildirib ki, ABŞ-ın Türkiyə vasitəsilə Cənubi Qafqaz, Mərkəzi Asiya və Əfqanıstan siyasətində yeni bir strateji  xətt ortaya qoyması reallaşır:

"İsveçrədə  Bayden və Ərdoğanın görüşündə bu kontekstdə danışıqlar aparılacağı və razılaşmalar əldə ediləcəyi istisna deyil. Əsasən, Ərdoğanın Şuşaya gəlişi və buradan verəcəyi mesajlar Türkiyənin regional gücünü ortaya qoyacaq və ABŞ -da bu məsələdə onunla həmrəy olacaq. Regionda ciddi dəyişikliklər gözlənilir və baş verənlər  Azərbaycana müsbət perspektivlər vəd edir. Buna baxmayaraq, Rusiya Qarabağda öz məsuliyyət zonasında situasiyanı gərginləşdirə bilər. Rusiyanın hətta separatçıların əli ilə atəşkəsi pozması mümkündür. Bu da Azərbaycan üçün əlavə dividentlər əldə etməsinə gətirib çıxara bilər. Ümumiyyətlə, ABŞ regiona Türkiyə vasitəsilə daxil olur. Hazırkı müstəvidə bu, Azərbaycanın maraqlarına uyğundur”.

Günay Rəsulqzı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bu da planın tərkib hissəsidir” - Ekspert ABŞ-Türkiyə yaxınlaşmasını şərh etdi

"ABŞ və Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək”. Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədul...

Lavrov Qarabağın statusunun indi həll oluna bilməyəcəyini dedi: "Üç-altı il..."

"Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır”.   Sfera.az Rusiya KİV-lərinə istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "P...

Azərbaycan da quru sərhədlərini açır? - "Bu, bizə baha başa gələ bilər”

Xəbər verdiyimiz kimi Gürcüstan iyunun 1-dən quru sərhədlərini açır. Qonşu ölkəyə quru yolla PCR testinin neqativ nəticəsi ilə daxil olan şəxslər üç gün ərzində...

Kremldən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA: "Putin alternativ görmür"

"Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki və...

Kreml Paşinyanı niyə kobud şəkildə susdurdu? - "Bu Rusiyanın da imkanları xaricindədir”

"Ermənistan Baş Nazir vəzifələrini icra edən Nikol Paşinyan 14 mayda parlamentdə çıxışı zamanı elan edib ki, Putinlə telefon söhbəti zamanı ondan Azərbaycana qa...

Lavrovun Bakıda səfər planı AÇIQLANDI

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 may tarixlərində Azərbaycana səfəri zamanı Respublika Prezidenti İlham Əliyevlə görüşəcək. Sfera.az xəbər v...