No Image
No Image

“Bu dinamika qorunarsa...” – Azərbaycanda daha bir rekord göstərici qeydə alınacaq

“Bu dinamika qorunarsa...” – Azərbaycanda daha bir rekord göstərici qeydə alınacaq
2021-ci ilin yanvar-may aylarında qeyri neft-qaz məhsullarının ixracında nəzərəçarpacaq artım baş verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” səhifəsində bildirib ki, qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% artaraq 908 milyon dollar təşkil edib. 

Sfera.az xatırladır ki, ötən il Azərbaycanın qeyri-neft məhsullarının ixracı 5 faiz azalmışdı. Amma bu ilin ilk aylarından ixracda ciddi artım müşahidə olunur. Əgər ilin sonuna kimi bu dinamika qorunarsa, o halda, qeyri-neft məhsullarının ixrac dəyəri 2,2 milyard dollara yüksələcək ki, bu da rekord göstəricidir. Azərbaycan indiyə qədər ən çox 2019-cu ildə 1,96 milyard dollarlıq ixraca nail olub. 

Bəs, 2021-ci ildə qeyri neft-qaz məhsullarının ixracında artımın bu qədər yüksək olmasının səbəbi nədir? 

Qeyri neft-qaz məhsullarının ixracının kəskin artmasını 2 başlıca amillə əlaqələndirmək olar. 

Birinci əsas amil dünyada alıcılıq gücünün artması və məhsulların qiymətinin xeyli yüksəlməsidir. 2020-ci ildə pandemiya səbəbindən iqtisadi fəallıq zəiflədiyindən alıcılıq qabiliyyəti də zəifləmişdi. Bu amil məhsulların dəyərinin aşağı düşməsi ilə nəticələndi. 

Amma bu il karantin tədbirlərinin yumşaldılması iqtisadi fəallığı, alıcılıq qabiliyyətini artırdığından bazarlarda daha çox məhsula tələb yaranıb, mal dövriyyəsi böyüyüb. Pandemiya dövründə qiymətlərin enməsi istehsalı da azaltmışdı. Buna görə də hazırda təklif tələbi ödəyə bilmir. Tələbin təklifdən çox olması bazarlarda, beynəlxalq birjalarda bahalaşmaya səbəb olur. 

2021-ci ildə bahalaşma müşahidə edildiyindən dünyada xarici ticarət əməliyyatlarının dəyər ifadəsində həcmi xeyli artıb. Bu artımdan Azərbaycan da bəhrələnib və bunun sayəsində qeyri neft-qaz məhsullarımızın ixrac dəyəri yüksəlib.

Qeyri neft-qaz məhsullarının dəyəri ilə bərabər ixrac miqdarı da artır. Birinci rübə dair genişləndirilmiş məlumata əsasən, Azərbaycanın ixracı bahalaşma nəzərə alınmadıqda 3,7 faiz artıb.

İxracdakı artımı dəstəkləyən ikinci mühüm amil bəzi məhsul növləri üzrə ixrac miqdarının artması və Türkiyə ilə bu ilin mart ayından qüvvəyə minən ticarət sazişidir. 

Bu ilin yanvar-aprel dövründə şəkər ixracının miqdarı 2,5 dəfəyə yaxın artaraq 26 min tona çatıb. Plastmassa və onlardan hazırlanan məmulatların ixracı 140 min tona yüksəlib. Ötən ilin ilk 4 ayında bu məhsulların ixrac miqdarı 80,5 min ton idi. Miqdarın artması hesabına plastmassa və onlardan hazırlanan məmulatların ixracından gəlir 60 milyon dollar artıb. 

Pambıq lifi və iplik ixracında da ciddi artım baş verib. Bu il pambıq lifi və iplik ixracında 34 min ton artım baş verib. Pambığın ixrac miqdarının artması satış dəyərini 60 milyon dollar artmasına şərait yaradıb. 

Qara metalların ixrac miqdarında da ciddi artım qeydə alınıb. 2021-ci ilin 4 ayında qara metalların satışı 28 min tona yaxın artıb ki, bu da 16 milyon dollarlıq ixrac dəyəri deməkdir. 

Eyni dinamika alüminium ixracında da qeydə alınıb. Alüminium ixracının miqdarı 8 min ton artıb və artımın dəyəri 26 milyon dolları ötür. 

Türkiyə ilə martdan qüvvəyə minən ticarət razılaşması da ixracın artmasına kömək edir. Razılaşmaya görə iki ölkə bəzi məhsullar üzrə ticarətdə gömrük güzəştləri tətbiq edib. Güzəştlər hesabına ixrac artmaqdadır. 

Vasif
Sfera.az






Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Azərbaycan ötən il 57 milyon dollarlıq cır-cındır idxal edib

Azərbayacan hər il bir neçə milyon dollar dəyərində işlənmiş geyimlər, toxuculuq məmulatları və cır-cındır (geyimə yaramayan) idxal edir. Ölkəmiz bu vəziyyətdə ...

Ərzaq məhsulları ucuzlaşacaq – Bu tarixdən...

Dünyada ərzaq qiymətlərində artım may ayında da davam edib.  Sfera.az BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına istinadən xəbər ...