No Image
No Image

Bu il dərslər 1 sentyabrda başlayacaq? - Ekspert AÇIQLADI

Bu il dərslər 1 sentyabrda başlayacaq? - Ekspert AÇIQLADI
"Məlum olduğu kimi, bu il orta məktəblərdə tədris ili 14 iyunda başa çatır və Təhsil nazirliyi 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil ediləcək. Əlbəttə ki, şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün həftəlik tədrisin əlavə təşkili müsbət addımıdır". 
 
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. 

Ekspert bunun pandemiyanın təhsilə fəsadlarını az da olsa aradan qaldıra biləcəyinə inandığını vurğulayıb:

"Bir məqamı qeyd edim ki, orta təhsildə ən az dərs həftəsi Azərbaycanda tətbiq olunur. Bir çox ölkələrdə hətta bizim dərs müddətindən bir ay artıq, 15 gün, 20 gün çox dərs günü tətbiq olunur. 

Dərs ilinin uzadılmasını normal qiymətləndirirəm. Çünki bu, bizim məktəblilərin yay tətil müddətini bir o qədər də qısaltmır. Konkret olaraq yenə də iki ay yarım məktəblilərin yay tətili qalır. Bu qərar heç şübhəsiz ki, dərslərinə pandemiya dövrünün verdiyi fəsadlarla bağlıdır. 

İnsanlar narahatdır ki, iyun ayında hava əsasən 42 dərəcədir. Amma etiraf edək ki, bu vaxtı şagirdlər evdə olmurlar. Küçədə, məhəllədə oynayırlar. Digər tərəfdən isə,  bu yay məktəbində cədvəlin səhər saatlarında olması mümkündür. 

Başqa bir məsələ, şagirdlərimizə yay məktəbində iştirakın könüllü olmasıdır. Müəllimlər də könüllü olmasını istəyir. Qeyd edim ki, orta məktəb müəllimləri iyun ayında onların  iş vaxtıdır. Yəni onların 56 günlük məzuniyyəti ən tezi 1 iyulda başlayır". 

K.Əsədov şagirdləri həftənin bütün günlərini yay məktəbində keçirməyə çağırıb: 

"Əziz valideynlər, müəllimlər, yay məktəbi olduqca vacibdir, əhəmiyyətlidir. Pandemiya dövründə şagirdlərimiz istər bilik, istər fiziki və psixoloji baxımdan çox gərgin dövr keçirib. 

Heç kim şagirdlərimizi daş daşımağa, pambıq yığmağa, su daşımağa zorla aparmır.  Uşaqlar bir il ərzində tədrisdə zəif keçirilən mövzuları təkrar oxuyacaq. 
Şagirdlərimizin bu vəziyyətdə yuxarı siniflərə keçmələri onlara ciddi problemlər yaradacaq. 
 
Təklif edirəm ki, 2 həftə ərzində şagirdlər həftədə 2-3 gün yox, bütün günü dərsə gəlsinlər. Bu həm də növbəti tədris ilinə hazırıq olar.
 
İnanıram ki, 30 iyunda bitən məktəb 1 sentyabrda başlayacaq".

Aysel
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.   Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin kömə...

Azərbaycandan uçuşlar üçün COVID-19 pasportu tələb olunacaq

"Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən avi...

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan sil...

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI

Azərbaycanda 2019 və 2020-ci illərdə quraqlığın müşahidə edilməsi bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərmişdi. Yağışların az yağması xüsusən də...

Bu uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq - Baş nazirdən QƏRAR

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uç...

Rəsmi Bakıdan Makrona - CAVAB

"Vurğulamaq istərdik ki, bölgədə atəşkəs təmin edilir və bunun əsasında Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı ...