No Image
No Image

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ
"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələrinin bağlı qalması, təbii iqlim şəraiti (virusun mutant variantının xüsusiyyətlərinin zəifləməsinə səbəb olur – red) və COVİD-19 infeksiyasının məhdudlaşdırılması ilə bağlı sistemli şəkildə  həyata keçirilən tədbirlərin effektivliyi səbəbindən oldu”.


Sfera.az xəbər verir ki, bunu milli.az-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.


İnfeksionist bildirib ki, hər nə qədər karantin yumşaldılsa da maskadan istifadə, sosial məsafə və əl gigiyenası qaydalarına mütləq riayət olunmalıdır:


"Təbii ki, yumşalmalar barədə qərarın verilməsində vaksinasiyanın da rolu böyükdür. Çünkü Azərbaycanın qabaqcıl ölkələrlə eyni vaxtda vaksinasiya prosesinə başlaması ölkədə yumşalmanın əhatə dairəsinin daha da genişlənməsinə şərait yaratdı. Ancaq insanlar yenə də karantin rejiminin yumşaldılmasına baxmayaraq daimi olaraq əl gigiyenasına riayət etməlidir, sosial məsafəni gözləməlidir, vaksinasiya olunmalı olan şəxslər mütlə vaksinasiya olunmalıdır, qapalı məkanlardan bacardıqca uzaq durmaq lazımdır. Əgər qapalı məkanlardan məcburi şəkildə istifadə etmək zərurəti yaranıbsa, mütləq tibbi maskadan istifadə edilməlidir və məkan havalandırılmalıdır.


Açıq havada da simptomları (kəskin respirator xəstəlik – soyuqdəymə, qrip) olan şəxslərin maska taxması məqsədə uyğundur. Bu, bizi təkcə koronavirusdan deyil, digər hava damcı yolu ilə keçən infeksiyalardan da qoruyacaq. Yəni simptomu olan şəxsin hər yerdə maska taxması  digər insanları hər hansı bir hava damcı yolu ilə keçən xəstəliklərdən qoruyacaq. Ona görə də hər nə qədər də qaydalar yumşaldılsa da dediyim bu nüanslara insanlar riayət etməkdə davam etməlidirlər”.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu şəxslər açıq havada da maska taxmalıdır - XƏBƏRDARLIQ

"Pandemiya zamanı sərt karantin rejiminin yumşaldılması həm əhalinin məsuliyyətinin artması, maskadan daha çox insanın düzgün istifadə etməsi, təhsil müəssisələ...

Qan laxtalanmasına səbəb olduğu deyilən yeni vaksinlə bağlı TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, may ayının üçündən etibarən koronavirus əleyhinə "AstraZeneca" şirkətinə məxsus "Vaxzevria" vaksininin tətbiqinə başlanılıb. "Astr...

"Azərbaycanda COVİD-19-un 3-cü dalğası yaşanır, test sayı kəskin artırılmalıdır" - Həkimdən ÇAĞIRIŞ

"Azərbaycanda COVİD-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır”.   Bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birl...

Tanınmış həkim koronavirusu bitirməyin yolunu açıqladı: “5 həftə heç kim evdən çıxmasa...”

"Bu koronavirusun öhdəsindən gəlmək olarmı? Əlbəttə! Üç həftə heç kəs evdən çıxmır və vəssəlam. Korona bununla da bitir”.   Sfera.az xəbər verir ki,...

"Bu olsa, qapanmaya gediləcək, başqa çıxış yolu yoxdur" - İnfeksionistdən XƏBƏRDARLIQ

Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburidir. Digər tərəfdə...

Heç bir ödəniş etmədən bu bahalı əməliyyatlardan yararlana biləcəksiniz - SİYAHI

İcbari tibbi sığorta zərfinə əlavə olunan yeni xidmətlər əhalinin daha çox ehtiyac duyduğu xəstəliklər üzrə olacaq. Sfera.az  xəbər verir ki, bunu İc...