No Image
No Image

Bu uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq - Baş nazirdən QƏRAR

Bu uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq -  Baş nazirdən QƏRAR
Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Digər dəyişikliklə ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

Qeyd edək ki, əvvəlki qaydalara görə Azərbaycana uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edirdilər, sərhəd nəzarəti zamanı belə arayışı təqdim edə bilməyən Azərbaycan vətəndaşları iki həftəlik karantinə alınırdı, xarici ölkələrin vətəndaşları isə ölkə ərazisinə buraxılmırdı və aviadaşıyıcı hesabına həmin uçuşla geri qaytarılırdı. Yeni dəyişikliyə əsasən, bu tələblər ləğv olunub.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

FHN tənqidlərə CAVAB VERDİ

Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən yanğınla bağlı daha bir açıqlama yayıb. Sfera.az xəbər verir ki, açıqlamada yanğın zamanı yanğınsöndürənlər...

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.   Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin kömə...

Azərbaycandan uçuşlar üçün COVID-19 pasportu tələb olunacaq

"Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən avi...

Laçında saxlanılan erməni əsgəri təhvil verildi - RƏSMİ

Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan sil...

Əkin sahələri bu il də susuz qalacaq – Ekspert həll yolunu AÇIQLADI

Azərbaycanda 2019 və 2020-ci illərdə quraqlığın müşahidə edilməsi bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərmişdi. Yağışların az yağması xüsusən də...

Bu uçuşlar zamanı sərnişinlərdən PCR testi tələb olunmayacaq - Baş nazirdən QƏRAR

Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uç...