No Image
No Image

Bu xəstəliklər pulsuz MÜALİCƏ EDİLƏCƏK

Bu xəstəliklər pulsuz MÜALİCƏ EDİLƏCƏK
"Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”.

Sfera.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır: "Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.

V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir: "Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.

Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə  buradan tanış olmaq mümkündür.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

Yay mövsümü yaxınlaşdıqca turizm, başqa ölkələrə səyahət məsələsi də aktuallaşır. Ancaq xəstələnib sağalan insanlar səyahət zamanı koronavirusun yeni mu...

Bu klinikalar vaksin üçün 30 manat istəyir

İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb. ...

Səhiyyə Nazirliyindən AÇIQLAMA: Bu analiz ilə COVID-19 pasportu almaq olmaz

"İgG analizi verərək COVID-19 pasportu almaq olmaz. Yalnız PCR analizi nəticəsində təsdiqlənən şəxslər üçün pasport verilir”. Sfera.az xəbər verir ki, bu ...

Bu xəstəliklər pulsuz MÜALİCƏ EDİLƏCƏK

"Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə e...

Koronavirusa yoluxma sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 176 yeni yoluxma faktı qeydə alınıb, 475 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər ver...