No Image
No Image

Bu xəstəxanalar birləşdirilir - SİYAHI

Bu xəstəxanalar birləşdirilir - SİYAHI
"Tibb mərkəzlərinin birləşdirilərək yenidən təşkil edilməsi, bir müəssisədə daha çox sayda tibbi xidmət göstərilməsini təmin etmək üçündür”.
 
Sfera.az-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov Azərbaycanda tibb müəssisələrinin birləşdirilməsilə bağlı sualları cavablandırarkən deyib.

V.Qurbanov qeyd edib ki, əhalinin tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi baxımından bu birləşmələr labüddür:

"Məsələn, bir müəssisədə 18 yaşdan yuxarı vətəndaşlarımız üçün xidmət göstərəcək bütün sahələr mövcud idi, amma uşaqlar üçün tibbi xidmət yox idi. Bu birləşmələr sayəsində həm böyüklər, həm də uşaqlar üçün təşkil edəcək müəssiələr formalaşdırılır. Məqsədimiz odur ki, tibb müəssisəsinə müraciət edən vətəndaşımız ehtiyacı olan bütün xidmətləri bir müəssisədə əldə etsin”.

Qeyd edək ki, son dəyişikliklə "M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi” "Xüsusiləşdirilmiş Angioloji Mərkəz”in ona qoşulması, "K.Y.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu” "Uşaq Nevroloji Xəstəxanası” və "6 nömrəli Uşaq Klinik Xəstəxanası”nın ona qoşulması ilə yenidən təşkil edilir.
Buna qədər isə "Kliniki Tibbi Mərkəz" publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası və "Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil olunur.

"Lökbatan Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 4 nömrəli Birləşmiş Uşaq Xəstəxanası hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

"Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik Hüquqi Şəxs "Respublika Uşaq Klinik Xəstəxnaası” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir. "Nərimanov Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası, 8 nömrəli Şəhər Poliklinikası,18 nömrəli Şəhər Poliklinikası və 6 nömrəli Uşaq Poliklinikası hüquqi şəxslərin ona qoşulması yolu ilə yenidən təşkil edilir.
"Sabunçu Tibb Mərkəzi” Publik Hüquqi Şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və "2 nömrəli Doğum Evi” Publik Hüquqi Şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir. "Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs "1 nömrəli Sumqayıt Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, 2 nömrəli Şəhər Xəstəxanası, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanası və Sumqayıt Uşaq Xəstəxanasının ona qoşulması yolu ilə yenidən təşkil edilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yeni araşdırmanın nəticəsi şok etdi: Bu bölgələrdə yaşayanlar koronavirusa yoluxmur

COVİD-19-la bağlı yeni araşdırma aparılıb.   Sfera.az bildirir ki, ingiltərəli elm adamları bəzi şəxslərin niyə koronavirusa yoluxmadığı ilə bağlı geneti...

Gələn həftədən Azərbaycanda "Pfizer” vaksininin tətbiqinə başlanılacaq

Azərbaycan Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb. Sfera.az birgə ...

TƏBİB: Ölkədaxili uçuşlarda sərnişinlərdən götürülən yaxmalar ödənişsiz olacaq

Ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqs...

Bu xəstəxanalar birləşdirilir - SİYAHI

"Tibb mərkəzlərinin birləşdirilərək yenidən təşkil edilməsi, bir müəssisədə daha çox sayda tibbi xidmət göstərilməsini təmin etmək üçündür”.   Sfera.az-ı...

Koronavirusa yoluxma sayı açıqlandı, 5 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Opera...

Vaksinasiyadan sonra yoluxan şəxslər müalicə almalıdır? - "Müayinədən sonra..."

Məlum olduğu kimi, koronavirus əleyhinə vaksin olunmuş şəxslərin yenidən bu virusa yoluxa biləcəyi təsdiqlənib. Amma peyvənd olunan əksər insanlarda bu xəstəl...