No Image
No Image

DİN Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxslə bağlı məlumat yaydı - VİDEO

DİN Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxslə bağlı məlumat yaydı - VİDEO
Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sfera.az-a bildirilib ki, bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi (RPİ) və 25-ci Polis Şöbəsinə (PŞ) müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.

Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci PŞ-nin əməkdaşları tərəfindən "isti izlər"lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.

O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci PŞ-nə təhvil verilib.

Araşdırma zamanı Elgün Şirinzadənin may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.
Elgün Şirinzadə barəsində 25-ci PŞ-də toplanan materiallar arşadırılması üçün Nizami RPİ-nə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

"Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

12-ci dəfə yanğın hadisəsi törədən Sərdardan açıqlama: “Yandırmadan dayana bilmirəm, nə edim?"

11 dəfə yanğın hadisəsi törədən 39 yaşlı Sərdar Urqan yenidən eyni addımı atıb.   Sfera.az bildirir ki, hadisə bu gün Türkiyənin Antaliya şəhərində günor...

DİN Bakıda bir gecədə 12 avtomobildən oğurluq edən şəxslə bağlı məlumat yaydı - VİDEO

Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.   ...

Balakəndə narkotik vasitələrin emal edildiyi laboratoriya aşkarlandı - FOTO

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğu...

Xaçmazda parkda qadın döyüldü - FOTO

 Xaçmazda döyülmə hadisəsi baş verib. Hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb. Belə ki, Xırdalan şəhər sakini, 1986...

Keçmiş polis serial qatil imiş: Evinin bağçasından 14 meyit tapıldı - FOTO

Keçmiş polisin evinin bağçasında 14 meyit tapılıb.   Sfera.az bildirir ki, hadisə Şimali Amerikada yerləşən Salvadorda baş verib. Prokurorluq, 2005-ci il...

Bakıda alpinist çoxmərtəbəli binalardan 2 milyonluq oğurluq edib - VİDEO

 Paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci mərtəbəsində yerləşən mənzildən oğurluq edilib. Bu barədə Sfera.az-a Daxili İşl...