No Image
No Image

DİN: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır

DİN: Cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı fakt araşdırılır
"Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir".

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, son günlər paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar aparılır:

"Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür.

Rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir. Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir".

"Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir", - şöbə rəisi bildirib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Anadolu Qartalı - 2021” təlimi başladı - FOTO

Türkiyənin Konya şəhərində "Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə N...

BMT ali nümayəndəsinin Ağdama səfəri başladı

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos Füzuli rayonunda erməni barbarlığı ilə tanışlıqdan sonra Ağdam rayonuna gəlib. Sf...

Canni De Byazi: "Müqaviləmə hörmətlə yanaşıram"

"Bütün bunlar yalnış məlumatdır və həqiqətə uyğun deyil. Mənim, ümumiyyətlə, belə məsələdən xəbərim yoxdur". Bu fikirləri futbol üzrə Azərbaycan mill...

“Nar Şərab” restoranı cərimələndi - TAM SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 434 ictimai iaşə obyektində 765 monitorin...

Türkiyənin COVID-19 əleyhinə hazırladığı vaksinin adı açıqlandı

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə TURKOVAC adı verilib. Sfera.az "TRTHaber”ə istinadən bildirir ki, peyvəndin adını Türkiyə prezidenti R...

"Füzulidə gördüklərimdən dəhşətə gəldim" - BMT nümayəndəsi

"Füzuli rayonunda gördüklərimdən dəhşətə gəldim. Bu ərazinin tarixi-mədəni, dini irsinin dağıdılması, müqəddəs yerlərin təhqir edilməsi yolverilməzdir”. B...