No Image
No Image

“Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır” – Deputat Ermənistana dəmir yumruğu xatırlatdı

“Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır” – Deputat Ermənistana dəmir yumruğu xatırlatdı
"Noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlara son qoyulsa da,  reallıqda Ermənistan Azərbaycana qarşı iki istiqamətdə müharibəni davam etdirir.  Hətta bir çox hallarda bu müharibə intensivləşməyə başlayıb. Ermənistan Azərbaycana qarşı mina və informasiya müharibəsi aparmaqda davam edir”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın mina xəritələrini verməməsi və sərhəddə təxribatları davam etdirməsi fonunda hansı addımların atılmalı olduğuna toxunarkən Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın fikrincə, belə bir reallıqda Azərbaycan ilk növbədə diplomatik fəaliyyəti gücləndirməli və bütün diplomatik kanallardan istifadə etməklə Ermənistanın iç üzünü işfa etməlidir:
 
"Xüsusən də ATƏT-in Minsk Qrupunun üzərinə böyük məsuliyyət düşəcək.  Onlar dialoq təşəbbüskarı kimi çıxış edir. Ermənistan hələ də mina müharibəsini davam etdirir. Amma həmsədrlər İrəvana heç bir təzyiq göstərmir, sadəcə dişsiz bəyanatlarla kifayətlənirlər.  Azərbaycan Prezidenti İlham Əliyev, Vitse-prezident Mehriban xanım Əliyeva bu məsələ ilə bağlı qətiyyətli və prinsipial siyasət həyata keçirir, beynəlxalq ictimaiyyəti məlumatlandırırlar”.
 
Deputat düşünür ki, bu məsələ ilə bağlı xüsusən də beynəlxalq qeyri-hökumət təşkilatlarını ittiham etməyimiz üçün unikal şərait yaranıb:
 
"Həmişə onlar ölkəmizi qərəzli şəkildə ittiham edib.  Amma indi ölkəmizin onları ittiham etməsinə ciddi əsasımız var. "Fridem Hause”, "Sərhədsiz Reportyorlar”, "Human Rayts” kimi təşkilatlar niyə Ermənistanın bu siyasətilə bağlı mövqe ortaya qoymurlar?”

Həmsöhbətimizə görə bunlar da nəticə vermədikdə isə dəmir yumruq yenidən işə düşməli olacaq: "Diplomatiyanın tükəndiyi yerdə önə generallar çıxır”.
 
Rüfət SULTAN
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Zelenskinin yeni bəyanatı nəyə hesablanıb? – “Ukrayna Türkiyə ilə ittifaq halına gələcək...”

Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələrinin Donbasdakı böhranın həlli istiqamətində hərəkətli olmağa çağırıb. Ölkə başçısı əks h...

“Putin Baydenlə görüşdə etiraf etdi ki...” - Açıqlama

"Görüş gərgin olan münasibətlərin yumşalmasına töhfə verəcək”. Bu sözləri Sfera.az-a açıqlamasında Cenevrə şəhərində ABŞ Prezidenti Co Baydenlə Rusiya ...

Bakı ilə Moskva arasında iclas - Hansı məsələlər Rusiya Şurasında gündəmə gətirildi?

İyunun 16-da Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyas...

“Ərdoğan Qarabağı Baydenlə razılaşdırıb” – Rusiyanın “Şuşa bəyannaməsi”nə susqunluğu bununla bağlıdır?

""Şuşa Bəyannaməsi" erməniləri əməlli-başlı qorxuya salıb. Ermənistanın Xarici İşlər Nazirliyi bəyannamənin imzalanmasının ardınca Qarabağdakı separatçılarla ...

Şuşa bəyannaməsi: Sabit sülhə doğru - VİDEO

İyunun 15-də Azərbaycanın Şuşa şəhərində Cənubi Qafqazda sülh və sabitliyi uzun müddət möhkəmləndirməyə imkan verəcək bir hadisə baş verdi. "Caliber”in "Y...

Ərdoğan Cıdır düzündən foto paylaşdı: "Azadlığa qovuşan Qarabağ..."

"Azadlığa qovuşan Qarabağ, azadlığa qovuşan qədim şəhər Şuşa...” Sfera.az xəbər verir ki, bu sözlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi feysbu...