No Image
No Image

Dövlət büdcəsinə vergi borcları kəskin artıb

Dövlət büdcəsinə vergi borcları kəskin artıb
2020-ci ildə dövlət büdcəsinə vergi borclarında artım qeydə alınıb. 

Ümumilikdə, borclar 334,441 milyon manat və ya 27,7% artaraq 1,54 milyard manat olub. Borcun 1,025 milyard manatı əsas məbləğ, 293,7 milyon manatı faiz, 222 milyon manatı maliyyə sanksiyalarından ibarətdir. Bir ildə əsas məbləğdə 201,303 milyon manat, maliyyə sanksiyalarında 64 milyon manat, faizlər üzrə 69,1 milyon manat artım olub.  

Sfer.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2019-cu ildə dövlət büdcəsinə vergi borcu 1,2 milyard manat, 2018-ci ildə 1,1 milyard manat, 2017-ci ildə 1,063 milyard manat idi. 

2020-ci ilin sonuna dövlət büdcəsinə olan ümumi borcun 69,5%-i Bakı şəhəri üzrə, 30,5%-i respublikanın digər regionları üzrə qeydiyyatda olan vergi ödəyicilərinin payına düşüb. Ötən il ümumi borc artımının 67,7%-i Bakı şəhərində qeydə alınıb. 

Borc əsasən qeyri neft-qaz sektoru üzrə yaranıb. Ümumi borcun 3 %-i neft-qaz sektoruna, 97 %-i qeyri neft-qaz sektoruna aid edilən vergi ödəyicilərinin payına düşüb. 

Borcların artımının tədiyyə növləri səviyyəsində əsas səbəblərini hüquqi şəxslərin mənfəət vergisi və əmlak vergisi üzrə hesablanan öhdəliklərin vaxtında dövlət büdcəsinə ödənilməməsi ilə əlaqələndirmək olar.

Vasif
Sfera.az



Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Qara dənizdəki qaz yataqlarını işlətmək bizə hansı dividentlər qazandıracaq? - ŞƏRH

SOCAR Qara dənizdəki yeni qaz yataqlarını işlətməyə hazır olduğunu bəyan edib. Şirkət rəsmisi bunun SOCAR-ın peşəkar maraqları dairəsində olduğunu bildirib...

Banklar əmanət faizlərini endirir

Azərbaycanın kommersiya bankları əmanət faizlərini bir qədər də azaldıb.  Sfera.az bankların açıqladığı məlumatlara əsasən bildirir ki, dollarla qoyu...

“Kəndli məhsulu marketdən alırsa...” – Bir çox ölkə aclıqla üz-üzə olduğunu elan etdi, bəs Azərbaycan?

Ötən gün Şimali Koreya lideri Kim Çen İn ölkəsinin böyük qida problemi ilə qarşı-qarşıya olduğunu və yaşanan aclığın narahatlıq verdiyini etiraf edib. Pararle...

Son 5 ildə qida məhsullarının idxalı 68 faiz artıb - SƏBƏB

Son illərdə qida məhsullarının idxalındakı artım sürəti ümumi idxaldakı artım sürətini xeyli qabaqlayır.  Sfera.az gömrük məlumatlarına istinadən bil...

FED-in proqnozundan sonra dollar BAHALAŞIR

ABŞ mərkəzi bankı funsiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) rəhbərinin ötən gün açıqladığı proqnoz beynəlxalq birjalarda dolların bahalaşmasın...

Azərbaycan Beynəlxalq Bankında səhiyyə işçiləri üçün fürsətlər!

Azərbaycan Beynəlxalq Bankı 17 İyun Səhiyyə İşçilərinin Peşə Bayramına özəl kampaniya elan edib. Hər bir səhiyyə işçisi bu kampaniya çərçivəsində nağd pul kre...