No Image
No Image

DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi

DYP AVRO-2020 ilə bağlı vətəndaşlara müraciət etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Avropa çempionatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Sfera.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı Olimpiya Stadionu istiqamətinə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir:

"Paytaxt sakinlərinin, əhalinin, avtomobil sahiblərinin və sürücülərinin nəzərinə çatdırırıq ki, keçiriləcək AVRO-2020 ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Bakı Olimpiya Stadionu istiqamətində şəxsi avtomobillərdən istifadənin mümkünsüzlüyünü nəzərə alıb, bu istiqamətə yalnız xüsusi məntəqələrdən ayrılmış ictimai nəqliyyatlardan istifadə edilməsi tövsiyə edilir. Belə ki, azarkeşlərin Bakı Olimpiya Stadionu istiqamətində hərəkəti müxtəlif ərazilərdən ayrılmış ictimai nəqliyyat vasitəsi ilə təşkil edilməsi nəzərdə tutulub.

Eyni zamanda metronun "Koroğlu” stansiyasından azarkeşlər sərbəst piyada hərəkət edə bilər. Səməd Vurğun parkı yanından, metronun "Qara Qarayev” stansiyası ətrafından ayrılmış xüsusi avtobuslarla hərəkət təşkil ediləcək”.

V.Əsədov deyib ki, artıq polis gücləndirilmiş iş saatı ilə hərəkət edir:

"Bakı Olimpiya Stadionu və onun ətrafı əməkdaşlarımız tərəfindən tam nəzarətə götürülüb. Təhlükəsizlik tədbirlərinin görülməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib. Bir da əhalini daha diqqətli olmağa çağırırıq. İnformasiya təhlükəsizliyinə diqqət yetirmələrini tövsiyə edirik”.

Qeyd edək ki, AVRO-2020 iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə alan uşaqları ziyarət etdi

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzindən uşaqları ziyarət edib. Sfera.az xəbər verir ki, o, bununla bağlı görüntüləri...

Mehriban Əliyeva Türkiyə-Uels matçından paylaşım etdi – FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə-Uels matçı haqqında "İnstaqram” hesabında paylaşım edib. O paylaşımında bildirib ki, Azərbaycan və Türkiy...

Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyunun 16-da başa çatıb. Sfera.az xəbər verir ki, hər iki...

Türkiyə Prezidenti və xanımının şərəfinə nahar verildi - FOTO

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ə...

Haluk Bayraktar Araz Musayevlə Hərbi Qənimətlər Parkında - FOTO

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədi. Sfera.az xəbər verir ki,...

Bu gün şəhid jurnalist Sirac Abışovun toy günüdür - FOTO

AzTV-nin əmədaşı Sirac Abışovun şəhid olmasından 12 gün, toyundan isə düz iki il keçir. Sfera.az xəbər verir ki, operator Sirac Abışov peşə borcunu yerinə...