No Image
No Image

Əcnəbilərdən Bakıda bu sənədlər tələb olunacaq

Əcnəbilərdən Bakıda bu sənədlər tələb olunacaq
Dövlət Miqrasiya Xidməti futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən Sfera.az-a bildirilib ki, əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə bu il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya AFFA-nın rəsmi dəvət məktubu;
UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
Bakıdakı oyunlara qatılan komandaların təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qeyd olunub ki, Avropa çempionatının oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkədə 15 gündən artıq qaldıqları təqdirdə, olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Türkiyə - İtaliya matçı ilə bağlı gündəm olan tvit, UEFA da biganə qalmadı - FOTO

Futbol üzrə Avropa çempionatının açılış oyununda İtaliya və Türkiyə milli komandaları üz-üzə gəlib. Romadakı "Olimpiko" stadionunda keçirilmiş görüş meydan...

Əcnəbilərdən Bakıda bu sənədlər tələb olunacaq

Dövlət Miqrasiya Xidməti futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan...

"Neftçi" 9 qat Azərbaycan ÇEMPİONU OLDU

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub. Sfera.az-ın məlumatına görə, XXVIII turun sonuncu matçında çempion komandanın ...

Qazaxıstanda qalmaqal: azərbaycanlı şahmatçını ölkədən buraxmırlar

Astanada komandalar arasında şahmat üzrə dünya çempionatı başa çatdıqdan sonra misli görünməmiş hadisə baş verib və Azərbaycan yığma komandası bilaixtiyar həmin...

Məşhur idmançımızdan həmcinsi ilə nişanlanması xəbərinə CAVAB — "Həmin xanım evlidir"

Məşhur taekvandoçu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizova həmcinsi ilə nişanlanması barədə yayılan xəbərlər aydınlıq gətirib.   ...

Qurban Qurbanovdan şok qərar: Yığmadan istefa verdi

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrılıb.    46 yaşlı mütəxəssis istefa qərarını özünün də üzvü olduğu AFFA-nı...