No Image
No Image

Əl yükü ilə bağlı qadağalar ləğv edilir

Əl yükü ilə bağlı qadağalar ləğv edilir
Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalarda dəyişikliklər edilib.

Sfera.az xəbər verir ki, dəyişikliklərə əsasən bundan sonra Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar aşağıdakı şərtlərlə sərnişinləri reysə qəbul edirlər:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə  münasibətdə:
1. yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

2. 1-18 yaş arasında sərnişinləri – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında;

Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə:

- uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında.

4) Bundan başqa, Azərbaycanda təyyarədə sərnişinlərə əl yükünün daşınmasına qoyulan qadağalar ləğv edilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Dövlət Dəniz Agentliyinin sədr müavini işdən çıxıb

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) sədr müavini olan Şahlar Məmmədov işdən ç...

28 iyun QEYRİ-İŞ GÜNÜ OLACAQ

26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. Sfera.az xəbər verir ki, həmin gün Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkədə qey...

Azad edilən ərazilərə qanunsuz keçmək istəyən şəxslər SAXLANILDI

İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəx...

Bakıda yeni Nəbatat bağı salınacaq

Xocahəsən gölünün ətrafında yeni Nəbatat bağının salınması nəzərdə tutulur. Sfera.az xəbər verir ki, bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhəri ...

"Davam" Turizm klubu "Tour&Info" layihəsinə start verdi - FOTOLAR

Davamlı İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən "Davam" Turizm klubu tərəfindən "Tour&Info” adlı layihəyə start verilib. Layihə çərçivəsində ilk tur ...

Vətən müharibəsi şəhidlərinin xatirəsi əbədiləşdirilib - FOTO

İsmayıllı rayonunda "Vətən müharibəsi şəhidləri” adlı kitabın təqdimat mərasimi keçirilib. Sfera.az-ın məlumatına görə, tədbirdə Rayon İcra Hakimiyyətini...