No Image
No Image

“Ən yaxın zamanda toylarla bağlı qərar veriləcək” – Deputatdan “hazırlıqlar gedir” açıqlaması

“Ən yaxın zamanda toylarla bağlı qərar veriləcək” – Deputatdan “hazırlıqlar gedir” açıqlaması
"Aydındır ki, xəstəliklərin artmaması üçün toylara icazə verilməsi ertələnir. Məsələ burasındadır ki, koronavirusa yoluxanların sayında da azalma müşahidə edilir”.

Bunu Sfera.az-a açıqlamasında deputat Razi Nurullayev son günlər insanları daha çox narahat edən məsələdən – toylardan danışarkən deyib. O bildirib ki, şadlıq evlərinin neçə hektarlıq həyətləri var və orada toy keçirmək mümkündür:

"Açıq havada, dəniz qırağında toy keçirmək olar. Burada nə problem var? Toyların keçirilməməsi nəticəsində ən azı 500 min insan işsiz qalıb, nəticədə sosial narazılıq artır. Axı bizim zavodumuz, fabrikimiz yoxdur, Amerika, Yaponiya, Almaniya deyilik. Bu ölkələrdə insanların iş yerləri zavod, fabrikdir. Azərbaycanın zavodu isə toylardır. Bir toyun olması ən azı 5-6 min insanın çörəkpulusu deməkdir. Bu baxımdan toylara tez bir zamanda icazə verilməlidir”.

Millət vəkili həmçinin toylarda iştirak üçün vaksin şərtinin qoyulub - qoyulmamasından da söz açıb: "Hesab edirəm ki, toylar üçün vaksin tələbinin qoyulması narahatedici məqam olar. Həmçinin bizdə istifadə olunan "SinoVac” və "Sputnik V” vaksinləri dünya tərəfindən tanınmır. İnsanlar pasport alsa da, ölkədən kənara çıxa bilməyəcəklər. Toylara gedən insanlara COVİD pasportu tələbinin qoyulmasını doğru saya bilmərəm”.

Digər müsahibimiz deputat Naqif Həmzəyev isə mövzu ilə bağlı qeyd edib ki, iyun ayında aktiv yoluxma sayı azalarsa, stabil qalarsa, müvafiq qaydalar çərçivəsində toyların keçirilməsinə icazə veriləcək:

"Məndə olan məlumata görə, bununla bağlı hazırlıq da görülür, ekspertlərin rəyi öyrənilir. İstənilən halda, bu, ciddi məsələdir. Lakin yumşalmaların olması o demək deyil ki, rahatlamalıyıq. Əks təqdirdə, pandemiya yenidən alovlana bilər. Bu baxımdan səbr etməliyik. Ən yaxın zamanda Operativ Qərargah və TƏBİB açıqlama verəcək.
 
Digər tərəfdən artıq COVİD pasportuna sahib olan vətəndaşlarımızın sayı çoxdur. Vaksinasiyada kütləviliyin şahidi oluruq. Toy zamanı bu pasportlar yoxlanıla bilər. Ancaq burada məsuliyyət vətəndaşların öz üzərində olacaq. COVİD və ya immunitet pasportu olmayan vətəndaşların toya gəlməsi müəyyən dərəcədə problem yarada bilər. Fikrimcə, bu məsələlər də müvafiq qaydalar çərçivəsində tənzimlənəcək. Ancaq ticarət mərkəzlərinə, restoranlara, kafelərə girişdə heç bir sənədin tələb olunmağıdı kimi, toyların da bu cür təşkili mümkündür. Ən qısa zamanda sevindiri xəbərin gələcəyini düşünürəm”.

Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“SinoVac”, “Pfizer”, daha sonra isə... – Bir şəxs bir neçə vaksin vurdura bilərmi?

Bəzi ölkələr səyahət zamanı turistlərdən COVİD pasportu tələb edir. Məsələnin maraqlı tərəfi isə budur ki, hazırda dünyada müxtəlif növ peyvəndlər var və Azə...

Bu qurumlar büdcəni “boşaldır” – SİYAHI

Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də dövlət şirkətlərinin dövlət büdcəsinə ödədiyi vəsaitin məbləği büdcədən aldığı vəsaitin məbləğindən xeyli dərəcədə a...

“Ən yaxın zamanda toylarla bağlı qərar veriləcək” – Deputatdan “hazırlıqlar gedir” açıqlaması

"Aydındır ki, xəstəliklərin artmaması üçün toylara icazə verilməsi ertələnir. Məsələ burasındadır ki, koronavirusa yoluxanların sayında da azalma müşahidə edi...

"Bu da planın tərkib hissəsidir” - Ekspert ABŞ-Türkiyə yaxınlaşmasını şərh etdi

"ABŞ və Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək”. Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədul...

Lavrov Qarabağın statusunun indi həll oluna bilməyəcəyini dedi: "Üç-altı il..."

"Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır”.   Sfera.az Rusiya KİV-lərinə istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "P...

“Əsgərlərimizi əsir götürüb, öz əsirləri ilə dəyişmək istəyirlər” – Erməni diversantlarının əsl məqsədi

"İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub”. Sfera.az-ın məlumatına görə, bunu siyasi şər...