No Image
No Image

Ərdoğan: “Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız”

Ərdoğan: “Hörmətli Bayden, qanlı əllərinizlə bir tarix yazırsınız”
"Ramazan ayı boyunca tətbiq etdiyimiz qismən və tam qapanma tədbirləri sayəsində pandemiyanı yenidən böyük ölçüdə nəzarət altına aldıq”.

Sfera.az-ın məlumatına əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra media qarşısındakı çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, iclasda normallaşma təqviminin ikinci mərhələsi müzakirə olunub.

"Normallaşma təqviminin ikinci mərhələsini müzakirə etdik. Qarşıdakı günlərdə vəziyyətə uyğun olaraq, bu sahədə tətbiq olunacaq əsas qərarları paylaşacağıq. Bundan sonra əvvəlki qədər miqyaslı məhdudlaşdırıcı tədbirlərə ehtiyac olmayacağına ümid edirik”, - deyə prezident bildirib.

R.T.Ərdoğan qeyd edib ki, ölkədə vaksinasiya prosesi də sürətləndirilir.

"Vaksinasiya prosesini sürətləndiririk. Müəllimlər başda olmaqla, bütün risk qruplarının vaksinasiyasını tez bir zamanda başa çatdırmağa çalışırıq”, - deyə dövlət başçısı əlavə edib.

Türkiyə prezidenti ölkə ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına da toxunub. O, bu əməliyyatlar çərçivəsində PKK-nın Suriya üzrə rəhbəri Sofi Nurəddin adlı terrorçunun məhv edildiyini bildirib. 

Dövlət başçısı İsrail-Fələstin qarşıdurmasından da danışıb. O, ABŞ prezidenti Baydenin İsrailə silah satışını nəzərdə tutan qərarı imzalamasını pisləyib. 

"Hörmətli Bayden, qondarma soyqırımı məsələsində də ermənilərin tərəfində oldunuz. İndi də qanlı əllərinizlə bir tarix yazırsınız”, - deyə Ərdoğan qeyd edib.
 
(Oxu.az)
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kreml açıqladı: Putinlə Bayden arasında "üz-üzə" söhbət olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden, iki ölkənin Cenevrədəki zirvə toplantısı zamanı üz-üzə danışa bilərlər.   Sfera.az-ın TASS-a...

Bayden Zelenskiyə gözlənilən dəstəyi verəcəkmi? – “Məqsəd Rusiya qarşısında müdafiəni gücləndirməkdir”

"ABŞ-ın yeni adminstrasiyası beynəlxalq müstəvidə yeni bir siyasət ortaya qoyub”. Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Ukrayna...

Ərdoğanla Baydenin görüşü başa çatdı - VİDEO

NATO Zirvə görüşü çərçivəsində Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Co Bayden arasındakı ikitərəfli görüş başlayıb. Sfera.a...

ABŞ qondarma soyqırımı tanımaqdan imtina edə bilər? - "Bayden geri addım atmayacaq..."

Bu gün Brüsseldə ABŞ prezidenti Cozef Bayden və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında NATO sammiti çərçivəsində təkbətək görüş olacaq. Görüş ö...

Bayden böyük dövlətləri Rusiya və Çinə qarşı birləşdirir – Şərh

"Böyük dövlətlərin liderləri Rusiya hakimiyyətinə çağırış edərək dağıdıcı siyasətindən əl çəkməsini istəyib. Söhbət Rusiyanın qonşu dövlətlərin daxili işlərin...

Dünya liderləri İngiltərədə toplandı: Nələr müzakirə ediləcək?

Dünya liderləri bu gündən İngiltərədə G7 zirvəsinə toplanıblar. Sfera.az bildirir ki, 3 gün davam edəcək zirvəyə qatılanlar arasında ABŞ prezidenti Co Bay...