No Image
No Image

Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”

Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”
Son bir neçə ay ərzində bir çox ərzaq məhsulları üzrə kəskin bahalaşma müşahidə olunur. Xüsusilə də yağ və şəkərin qiymətində ciddi artımların olduğu bildirilir.

Maraqlıdır, ərzaq məhsullarının qiymətində nisbi ucuzlaşma gözlənilirmi, bu istiqamətdə hansı addımlar atılmalıdır?
 
Mövzunu Sfera.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli 3 ay müddətinə gömrük rüsumlarının ləğvi təklifini irəli sürüb. Ekspert hökumətin inzibati müdaxiləsinin yox, iqtisadi müdaxilələrin önəmli olmasını bildirib:

"Qiymətlərin artım səbəbləri müxtəlif olduğu kimi onların tənzimləmə mexanizmləri də müxtəlifdir. Azərbaycan hökuməti bu sahələrdə qiymətlərin tənzimlənməsinə qısa zamanda nail olmaq istəyirsə, belə məqamda inzibati müdaxilələrdənsə, iqtisadi müdaxilələr önəmlidir. Yəni, ölkədə qiyməti bahalaşan ərzaq məhsulları varsa və yerli istehsal bunu tam qarşılamaq qabiliyyətində deyilsə, həmin növ məhsulların xaricdən gətirilməsində müvəqqəti olaraq gömrük rüsumlarını sıfırlamaq olar. Məsələn, payız aylarınadək 3 aylıq müddətlə bu addımı atmaq olar.
 
Bundan sonra bazardakı gedişatı izləmək imkanı olacaq və bəlli olacaq ki, qiymətlər hansı yöndə dəyişir. Çünki bizdə daxili istehsal həm şəkər, həm süd, həm yağ məhsulları ilə bağlı tələbatımızı ödəmir. Ödənilən hissə çox az qismdir.
 
Daxili istehsal adıyla bazara çıxarılan məhsulların da xammalı xaricdən gəlir. Xaricdən, əsasən də Ukraynadan alınan şəkər burada sadəcə qablaşdırılır. Bu səbəbdən çox qısa zamanda qiymətlərin tənzimlənməsi üçün gömrük rüsumları və vergi dərəcələrinə hökumətin müdaxilə etmək imkanları və fürsətləri var. Çox təəssüf ki, biz bunu görmürük. Daxili bazarda artımın olmasının bir çox səbəbləri mövcuddur. Əsas səbəblərdən biri də yanvar ayında dizel yanacağının qiymətinin qalxması idi".

N.Cəfərli qiymətlərin bahalaşması ilə bağlı hökumətə dəfələrlə xəbərdarlıq edildiyini bildirib. Ekspert qiymətlərin ucuzlaşmasına səbəb olan amillərdən də danışıb: "Aqrar sektorda dizel yanacağı maya dəyərinin 35-40%-ni təşkil edir. Birdən-birə dizelin qiymətinin 34% artması artıq yaz mövsümündən başlayaraq kənd təsərrüfatı məhsullarının emal edilməsində, əkin-biçinində qiymətlərə sürətlə təsir etməyə başladı. Hökumət rəsmiləri deyirdilər ki, artımın olmaması üçün biz təşviq proqramları formalaşdıracağıq, konpensasiyalar verəcəyik. Biz isə bunun tam əksini gördük.
 
Kompensasiyaların, subsidiyaların verilməsi də yetərli deyil. Yerli istehsal məhsullarının qiymətinin artması daşınma və əkin-biçinin bahalaşması ilə əlaqədardır. Azad bazar iqtisadiyyatı dövründə hökumət qiymət təyin etməməlidir. Gömrük rüsumları və vergi dərəcələri ilə müəyyən sahədə stimullaşdırma proqramlarının həyata keçirilməsinə və qiymətlərin bazarın özü tərəfindən tənzimlənməsinə nail olmaq olar. Məsələn, bizdə gömrük rüsumları 15 faiz, əlavə dəyər vergisi isə 18 faizdir. Üst-üstə gəldikdə ölkəyə daxil olan məhsuldan təxminən 34-35% gömrük rüsumu və ƏDV alınır. Bunların azaldılması qiymətlərin ucuzlaşmasına səbəb olacaq".
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Nazir siqnal verdi: "Buna hazır olmalıyıq" - Azərbaycanın yaxın gələcək üçün planı nədir?

"Hazırda dünyanın energetika sektorunda böyük, inqilabi dəyişikliklər baş verir. Bu dəyişikliklər ənənəvi enerji mənbələrindən bir qədər imtina edərək "yaşıl ...

Azərbaycanda işsizliyin səviyyəsi 7,2 faizə yüksəlib - RƏSMİ ETİRAF

Ötən il ölkəmizdə məşğul əhalinin sayında azalma, işsizlərin sayında isə artım müşahidə edilib.   Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, ...

"Gömrük öz "trol" qrupunu yaradır ki..." - Ekspertdən sərt İTTİHAM

"Hamı ərzaq qiymətlərinin sürətlə artmasından doğru olaraq şikayətçidir, amma tək ərzağın qiyməti bahalaşmır. Avtomobil ehtiyat hissələrinin qiyməti də həftədən...

Son illərin ən yüksək bahalaşma dalğası gəlir

Azərbaycanda bu il ümumi qiymət artımının 2017-ci ildən sonra ən yüksək səviyyəyə çatacağı gözlənilir.  Sfera.az xatırladır ki, 2017-ci ildə qiymətlə...

Energetika Nazirliyi bp ilə Zəngilan/Cəbrayıl zonasında günəş enerjisi layihəsi üzrə əməkdaşlığa başlayır

Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və Böyük Britaniyanın"British Petroleum" (bp) şirkəti Zəngilan - Cəbrayıl bölgəsində 240 MVt gücündə gü...

Ərzaq məhsullarının kəskin bahalaşmasının qarşısı necə alınmalı? – “Gömrük rüsumu və ƏDV azaldılmalıdır”

Son bir neçə ay ərzində bir çox ərzaq məhsulları üzrə kəskin bahalaşma müşahidə olunur. Xüsusilə də yağ və şəkərin qiymətində ciddi artımların olduğu bildiril...