No Image
No Image

“Əsgərlərimizi əsir götürüb, öz əsirləri ilə dəyişmək istəyirlər” – Erməni diversantlarının əsl məqsədi

“Əsgərlərimizi əsir götürüb, öz əsirləri ilə dəyişmək istəyirlər” – Erməni diversantlarının əsl məqsədi
"İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub”.

Sfera.az-ın məlumatına görə, bunu siyasi şərhçi Asif Nərimanlı bu gün Laçın ərazisində qarşısı alınan Ermənistanın kəşfiyyat-diversiya qrupundan danışarkən deyib.
 
O bildirib ki, Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir: "Onlar əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir. Həmçinin seçkiöncəsi saxlanılan erməni diversantların "qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq fikrindədirlər”.

A.Nərimanlının sözlərinə görə, "Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ "sərhədlər və əsirlər”dir: "Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir. Diversiyanın qarşısını alındı və ermənilər "ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək”.

Xatırladaq ki, Ermənistanın kəşfiyyat-diversiya qrupunun üzvlərindən Artur Kartanyan saxlanılıb.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Toylar 1,2 milyard manatlıq əlavə dövriyyə yaradacaq – Bu məhsullar bahalaşacaq

Bu ilin iyulun 1-dən toylara icazə verilməsi aylıq dövriyyəsi 100 milyon manatdan artıq olan biznes sektorunun canlanmasına səbəb olacaq. Toy, əyləncə, nişan, a...

Göyçay “Kiçik İtaliya”ya necə çevrildi? – Rusiya mətbuatı Fərhad Əhmədovun yeni layihələrindən yazdı, turistlərə çağırış etdi

Rusiyalı iş adamı Fərhad Əhmədov Azərbaycandakı doğma Göyçay rayonunda turistlər üçün cəlbedici məkan yaradıb.   Sfera.az bildirir ki, həmin məkanla b...

“SinoVac”, “Pfizer”, daha sonra isə... – Bir şəxs bir neçə vaksin vurdura bilərmi?

Bəzi ölkələr səyahət zamanı turistlərdən COVİD pasportu tələb edir. Məsələnin maraqlı tərəfi isə budur ki, hazırda dünyada müxtəlif növ peyvəndlər var və Azə...

Bu qurumlar büdcəni “boşaldır” – SİYAHI

Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də dövlət şirkətlərinin dövlət büdcəsinə ödədiyi vəsaitin məbləği büdcədən aldığı vəsaitin məbləğindən xeyli dərəcədə a...

“Ən yaxın zamanda toylarla bağlı qərar veriləcək” – Deputatdan “hazırlıqlar gedir” açıqlaması

"Aydındır ki, xəstəliklərin artmaması üçün toylara icazə verilməsi ertələnir. Məsələ burasındadır ki, koronavirusa yoluxanların sayında da azalma müşahidə edi...

"Bu da planın tərkib hissəsidir” - Ekspert ABŞ-Türkiyə yaxınlaşmasını şərh etdi

"ABŞ və Rusiya Cənubi Qafqazda yeni strategiyasında Türkiyə ilə əməkdaşlığa üstünlük verəcək”. Sfera.az-ın məlumatına görə, bunu politoloq Məhəmməd Əsədul...