No Image
No Image

Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başladı - CANLI

Formula 1 Azərbaycan Qran-prisində əsas yarış başladı - CANLI
İyunun 6-da saat 16:00-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsinə start verilib.

Sfera.az xəbər verir ki, Qran-Pridə hər birində iki pilot olan on komanda mübarizə aparır. Ötən gün keçirilmiş sıralanma yürüşünün nəticələrinə əsasən pilotların düzülüşü aşağıdakı kimidir: Şarl Lekler ("Ferrari”), Luis Hamilton ("Mercedes”), Maks Ferstappen ("Red Bull Racing Honda”), Pyer Qasli ("AlphaTauri”), Karlos Sayns ("Ferrari”), Serxio Peres ("Red Bull Racing Honda”), Yuki Tsunoda ("AlphaTauri”), Fernando Alonso ("Alpine”), Lando Norris ("McLaren”), Valtteri Bottas ("Mercedes”), Sebastian Fettel ("Aston Martin”), Esteban Okon ("Alpine”), Daniel Rikkardo ("McLaren”), Kimi Raykkonen ("Alfa Romeo”), Corc Rassel ("Williams”), Nikolas Latifi ("Williams”), Mik Şumaxer ("Haas”), Nikita Mazepin ("Haas”), Lens Stroll ("Aston Martin”) və Antonio Covinatsi ("Alfa Romeo”).
Pilotlar uzunluğu 6 kilometr, yürüş marşrutunun ümumi məsafəsi isə 306 kilometr olan Bakı şəhər halqasında iki saat ərzində 51 dövrə vuracaqlar. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR