No Image
No Image

"Formula 2": Üç pilot qəzaya düşdü

"Formula 2" üzrə Azərbaycan Qran-prisinin əsas yarışında ilk qəzalar baş verib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, "Dams" komandasından Markus Armstronq "Art Grand prix"də çıxış edən Teo Purşer ilə toqquşub.

Bolidə nəzarəti itirən Armstronq təhlükəsizlik maneəsinə çırpılıb və Porşare ilə birlikdə yarışdan kənarda qalıb.

Bundan əlavə, "HWA Racelab"dən Matteo Nannini startda qəza törətdiyi üçün həmkarlarının aqibəti ilə üzləşib.

Qeyd edək ki, saat 14:10-da "Formula 1"də pilotların paradı başlayacaq, ardınca açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış starta veriləcək və yekunda qalib müəyyənləşəcək.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR