No Image
No Image

“Heç bir statusdan söhbət gedə bilməz” - Lavrovun bəyanatına ETİRAZ

“Heç bir statusdan söhbət gedə bilməz” - Lavrovun bəyanatına ETİRAZ
"Dağlıq Qarabağın statusu barədə hansısa söhbət gedə bilməz. Öz ərazi bütövlüyümüzün bərpasından, sərhədlərimizin delimitasiya və demarkasiyasını həll edəndən, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi qurulandan sonra bu, bizim öz daxili işimizdir”.

Bunu Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Arzu Nağıyev Rusiya xarici işlər naziri Sergey Lavrovun "Dağlıq Qarabağın statusu hələ razılaşdırılmalıdır” fikrini şərh edərkən deyib.

Millət vəkili bildirib ki, Rusiyanın dəfələrlə oxşar açıqlamalar verməkdə məqsədi ATƏT-in Minsk qrupunun həmsədrliyində olduğunu göstərməyə çalışmaqdır: "Onlar bu proseslərdə rol oynamağa cəhd edən dövlət kimi bəyanat verirlər. Burada həm ABŞ, Fransa, həm də Rusiya aktivlik nümayiş etdirmək istəyir. Hamı proseslərdəki açar fiqura çevrilmək çalışır. Lakin bu, indi qeyri-mümkündür. Gələcəkdə Azərbaycan tam şəkildə öz ərazi bütövlüyünü, infrastrukturunu Dağlıq Qarabağ ərazisində bərpa edəndən sonra bu, dövlətimizin öz qərarı ola bilər”.
 
Politoloq İlqar Vəlizadə isə saytımıza açıqlamasında deyib ki, status məsələsi Rusiya üçün uzaq gələcəkdə də olsa, gündəmdə olacaq: "Digər tərəfdən rəsmi Moskva dərk edir ki, status məsələsi indi müzakirə olunsa, o zaman bütün regional layihələr, o cümlədən üçtərəfli sazişdən irəli gələn məsələlərin həllinə nail olmaq mümkün olmayacaq. Əlbəttə, bu da Rusiyanın vasitəçi rolunu xeyli aşağı salacaq. Onlar ümid edir ki, bir neçə ilə sazişdən irəli gələn məsələlər öz həllini tapandan sonra, status mövzusuna qayıdacaqlar və yeni reallıqda bunun müzakirəsi rahat olacaq”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Türkiyə ilə bağlı vacib sənədi TƏSDİQLƏDİ

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq e...

Ceyhun Bayramov: "Mehriban qonşuluq münasibətlərinə alternativ yoxdur"

"Vasitəçilik olmadan regionda sülhə nail olmaq mümkün deyil. Mehriban qonşuluq münasibətləri yaradılmalıdır. Bunun alternativi yoxdur". Sfera.az xəbər ver...

Prezident səhiyyə işçilərini təltif etdi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının səhiyyə işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az-ın məlumatına görə, sər...

Nazirdən azad edilmiş ərazilərdə invertarlaşdırma ilə bağlı - AÇIQLAMA

İşğaldan azad edilmiş ərazilərdə 13 min 307 əmlakın inventarlaşdırma işləri tamamlanıb. Sfera.az xəbər verir ki, bu barədə öz tvitter hesabında iqtisadiyy...

Kreml sözçüsündən Şuşa bəyannaməsinə sərt reaksiya: “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında...”

Kremlin sözçüsü Dmitri Peskov Türkiyə hərbi bazalarının Azərbaycanda qurula biləcəyi haqda xəbərləri diqqətlə izlədiklərini bildirib. Sfera.az xarici ...

"Kəlbəcərə 17 avtomobil mina basdırmışıq" deyən polkovnik axtarışa verildi

Məlum olduğu kimi, bir sıra kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan silahlı qüvvələrinin polkovniki Koryun Qumaşyanın İrəvandakı...