No Image
No Image

Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait..."

Hesablama Palatası publik hüquqi şəxslərlə bağlı narahatdır: “5 milyard manatdan çox vəsait...
2020-ci ildə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləğinin artması Hesablama Palatasını narahat edir. Palata dövlət büdcəsinin icrası ilə bağlı hazırladığı rəydə bildirir ki, publik hüquqi şəxslərə ayrılan vəsaitlərin artması dövlət maliyyəsi üçün potensial risk mənbəyidir. 

Sfera.az xatırladır ki, son illərdə bir sıra yeni publik hüquqi şəxs yaradılıb, bəzi büdcə təşkilatları publik hüquqi şəxsə çevrilib. Bunun nəticəsəndə dövlət büdcəsindən publik hüquqi şəxslərə ayrılan vəsaitin məbləği xeyli artıb. 

Hesablama Palatası bildirir ki, büdcədən publik hüquqi şəxslərə ayrılan vəsaitlər artdığından maliyyələşmənin hüquqi əsasları müəyyən edilməlidir. 

2020-ci il dövlət büdcəsinin ayrı-ayrı istiqamətlərindən publik hüquqi şəxslərə ümumilikdə 5 milyard manatdan çox vəsait ayrılıb. Palata qeyd edir ki, əvvəlki illərdən fərqli olaraq 2020-ci il dövlət büdcəsinin layihəsində və icrası barədə illik hesabatda ayrı-ayrı publik hüquqi şəxslərə ayrılan xərclər dövlət büdcəsində ayrıca sətirlə göstərilməyib, funksional təsnifatın bölməsində cəm şəklində "publik hüquqi şəxslərə dövlət büdcəsindən vəsaitin ayrılması” adı altında göstərilib. Bu da həmin vəsaitin icraçısı olan qurumlar barədə məlumatın hesabatda verilməməsi ilə nəticələnib. 

Hesablama Palatası hesab edir ki, qanunvericilikdə publik hüquqi şəxslərə vəsaitlərin ayrılması ilə bağlı konkret çərçivənin (sahələr üzrə) müəyyən olunmaması bazar iqtisadiyyatında rəqabətlilik prinsiplərinin pozulmasına səbəb olur: 

"Publik hüquqi şəxslər və sahibkarlıq subyekti tərəfindən göstərilən eyni və ya oxşar xidmətlər üzrə 1 tərəfin vergidən azad olması, digər tərəfin isə vergiyə cəlb olunması rəqabətliliyi pozan hal kimi qeyd edilə bilər. Həmçinin, bəzi hallarda publik hüquqi şəxslərə ayrılan vəsait kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmaları yolu ilə dəstəklənməsini məhdudlaşdırmış olur”. 

Hesablama Palatası bəzi publik hüquqi şəxslərin fəaliyyətinin təmin edilməsi üçün dövlət büdcəsindən vəsaitlər ayrılmasının büdcə üçün əlavə yük yaratdığını vurğulayıb:
 
"Yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi və dövlət sifarişi əsasında onlara dövlət büdcəsindən vəsaitlərin ayrılması təbii proses kimi qəbul edilə bilər. Lakin uzunmüddətli dövrdə davamlı olaraq publik hüquqi şəxslərə vəsaitlərin ayrılması (əsasən də dövlət sifarişi ilə bağlı olmayan istiqamətlərə) əksinə dövlət maliyyə sisteminə yük kimi qiymətləndirilməlidir. Digər tərəfdən isə publik hüquqi şəxslərin mənfəəti vergilərdən azad olur, eləcə də büdcə təşkilatlarının son illər ərzində publik hüquqi şəxsə çevrilməsi bu təşkilatlar üzrə iş və xidmətlərin göstərilməsindən, məhsul satışından və digər fəaliyyətdən əldə edilən gəlirlərin dövlət büdcəsinin gəlirlərinə (büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinə) aid edilmir ki, bu da dövlət büdcəsinin gəlirlərinə azaldıcı təsir edir”. 

Vasif
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Duru yağlar kəskin bahalaşdı - YENİ QİYMƏTLƏR

Azərbaycanda əhali tərəfindən daha çox istifadə edilən duru yağların qiymətində son bir ildə yüksək artım müşahidə edilir. Sfera.az bildirir ki, qida məhs...

Azərbaycanda 47 min ailəyə 400 DOLLAR ÖDƏNİLƏCƏK

Dünya Bankı Azərbaycanda COVID-19 la mübarizə və virusun nəticələrinin aradan qaldırılması ilə bağlı yeni layihəyə başlayır. Sfera.az xəbər verir ki, "Azə...

Pandemiyada gəliri artan peşələr – İldə 100 min dollardan çox qazanc

Qlobal iqtisadi böhran müddətində qabiliyyətli insanlara çox pul qazandıran peşələr də olub. "Newsweek” tərəfindən hazırlanan bir analizdə həmin peşə növləri ha...

Kreditə tələb artır, faizlər yüksəlir

Pul-kredit bazarındakı müsbət meyillər, eləcə də dövlətin güzəştli proqramları kredit qoyuluşunun artmasına səbəb olub.   Sfera.az Mərkəzi Banka...

Neftin qiyməti yüksəlməyə davam edir – “OPEC+” razılaşmasına dəyişiklik ediləcək?

2021-ci ilin mayın 22-dən neft qiymətlərində yüksəliş müşahidə edilir. Qeyd edilən tarixdə dəyəri 64,8 dollar olan "Brent” markalı neftin qiyməti bu gün 73 d...

Ən çox bu məhsullar bahalaşıb – SİYAHI

2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 4,2 faiz artıb. Bu dövrdə ərzaq məhsulları, içkilər...