No Image
No Image

Həsən Ruhani ayətullahlara qarşı: Kriptovalyutanı dəstəklədi

Həsən Ruhani ayətullahlara qarşı: Kriptovalyutanı dəstəklədi
İran Prezidenti Həsən Ruhani ölkədə kriptovalyuta fəaliyyətinin leqallaşdırılmasına və bu sahəyə investisiya qoyan vətəndaşların kapitalının qorunması üçün lazımi addımların atılmasına çağırıb.
 
Sfera.az xəbər verir ki, o bu haqda İqtisadi Koordinasiya üzrə Ali Şura paytaxt Tehranda keçirilən toplantısında danışıb.

İran iqtisadiyyatında kriptovalyutalara olan tələb və təklifin də müzakirə olunduğu iclasda Mərkəzi Bankın kriptovalyuta mədənçiliyi və əməliyyatları barədə təqdim etdiyi hesabat qiymətləndirilib.

Toplantıda rəqəmsal pul və kriptovalyuta ilə əlaqəli fəaliyyətlərdə milli mənafelərin qorunması və dəstəklənməsinin vacibliyini vurğulayan Həsən Ruhani bu baxımdan hüquqi və texniki məsələlərdə diqqəti davranmağın vacibliyini vurğulayıb.

İran Prezidenti lazımi qanunlar və təlimatlar hazırlanaraq bu sahədə fəaliyyəti qanuniləşdirməyin vacibliyindən danışıb. O, xalqın kapitalını qorumaq üçün aidiyyəti nazirliklər tərəfindən ən qısa müddətdə həll yollarının tapılmalı olduğunu söyləyib.

Qeyd edək ki, İslam dünyasında nüfuzları ilə seçilən Ayətullah Seyid Əli Sistani, Ayətullah Vahid Xorasani, Ayətullah Safi Gülpayaqani kimi din xadimləri kriptovalyutalardan istifadəni haram hesab ediblər.

Əzizə Zeynal
Sfera.az 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

İstanbulda gəmi ilə qayıq toqquşdu: ölənlər var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Yavuz Sultan Səlim körpüsü altında gəmi ilə balıqçı qayığı toqquşub. Sfera.az xəbər verir ki, qəza zamanı qayıqda olan iki...

Krımda sel fəlakəti: mindən çox insan evakuasiya edildi

Krıma yağan güclü yağış daşqınlara səbəb olub. Sfera.az xəbər verir ki, Kerç şəhərinin Lenin və Kirov rayonlarında 300-dən çox evi sel suları basıb. ...

BMT baş katibindən Bayden-Putin görüşü ilə bağlı - AÇIQLAMA

"Dünən Cenevrədə ABŞ Prezidenti Co Baydenlə Rusiya lideri Vladimir Putin arasındakı görüşdə qəbul edilən qərarlardan məmnunuq”. Sfera.az xəbər verir ki, b...

Türkiyədə yoluxanların sayı azaldı

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb. Sfera.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 62 nəfər koronavirusun qurbanı olub...

Ərdoğan Avropa İttifaqını "siyasi korluq"da ittiham etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Ölkələri Sammitində Avropa İttifaqı ilə bağlı açıqlamalar verib.   Sfera.az xəbər verir ki, R.T. Ərdoğan T...

Kreml Navalnını ABŞ-a təhvil verəcək? – Peskovdan "Bayden onun adını sözarası çəkib" açıqlaması

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin həbsdə olan müxalifət lideri Aleksey Navalnının ABŞ-dakı məhkumlarla dəyişdirilməsi ehtimalı ...