No Image
No Image

“Nəzarət mütləq şəkildə güclənməlidir” - Bələdiyyələrdə niyə ictimai şuralar yaradılmır?

“Nəzarət mütləq şəkildə güclənməlidir” - Bələdiyyələrdə niyə ictimai şuralar yaradılmır?
"Yerli özünüidarəetmə orqanlarında, yəni bələdiyyələrdə ictimai şuralar yaradılmır. Beləliklə bu hal şübhəsiz ki, həm vətəndaş cəmiyyətini, həm də orqanlarını narahat etməlidir".
 
Bunu Sfera.az-a açıqlamasında "Konstitusiya” Araşdırmalar fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.
 
Hüquqşünas son zamanlar yaradılan ictimai şuraların məqsədlərindən danışıb. Ə.Nuriyev ötən müddət ərzində mərkəzi icra hakimiyyəti orqanlarının yalnız 11-də, eyni zamanda yerli icra hakimiyyəti orqanlarının yalnız 6-da belə ictimai şuralar yaradıldığını deyib:

"Ölkədə dövlət orqanlarının fəaliyyətinə nəzarəti gücləndirmək, onların fəaliyyətində şəffaflığın artırılması və dövlət orqanlarına ictimai etimadın gücləndirilməsi məqsədilə ictimai iştirakçılığın genişləndirilməsi mühümdür.

Qanunun tələblərinə görə mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları yanında vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət daimi əsaslarla fəaliyyət göstərən məşvərətçi orqan olaraq ictimai şuralar fəaliyyət göstərməlidir. Yerli özünüidarəetmə orqanlarında, yəni bələdiyyələrdə ictimai şuralar yaradılmır. Bu hal şübhəsiz ki, həm vətəndaş cəmiyyətini, həm də orqanlarını narahat etməlidir. Çünki biz açıq hökumət platforması olaraq bu məsələləri dövlət orqanları qarşısında qaldırırıq. 

Hətta "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda da ictimai şuraların yaradılmasını daxil etmişik. Artıq qanunvericiliyin tələblərinə uyğun olaraq bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılması prosesi gedir". 

Müsahibimiz İctimai Şuralara üzv kimi QHT nümayəndələrinin daha çox seçilməsindən də danışıb. Ekspert buna səbəb kimi digər sahə nümayəndələrinin İctimai Şuraya maraqlı olmadığını qeyd edib:

"Biz qanunu hazırlayarkən vətəndaş cəmiyyəti institutu olaraq təkcə QHT-ləri yox, eyni zamanda medianı, vətəndaş təşəbbüs qruplarını, həmçinin həmkarlar ittifaqlarını nəzərdə tutmuşduq. Amma fokus daha çox QHT-lər üzərində cəmlənir. Çünki proses çərçivəsində QHT-lər bu işdə daha aktiv iştirak etməyə başladı. Nəticədə hazırda proses geniş vüsət alıb və çox ciddi rəqabətlilik formalaşmaqdadır.

Son dəfə DİN yanında yaradılan İctimai Şuraya namizədlərin sayı 41 idi. DİN yanında yaradılan Seçki Komissiyasında seçki prosesində iştirak üçün 250-ə yaxın QHT nümayəndəsi müraciət etmişdi. 

40 nəfər arasında 15 yerə münasibətdə genişmiqyaslı rəqabət başladı. Açıq havada keçirilən seçki prosesi hər kəsin gözü qarşısında, şəffaf formada baş tutdu. Seçki nəticəsində bütün seçicilərin 50+1 səsini toplayan 2 nəfər qalib gəldi – mən və "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova.

İkinci turda isə namizədliyini saxlayan 38 nəfər 13 yerə münasibətdə mübarizə aparaq digər boş qalmış yerlərə seçildilər. Yaxın vaxtlarda da şuranın rəhbər orqanının formalaşdırılması prosesi başlayaraq üzvlərə müvafiq vəsiqələr təqdim olunacaq.  İctimai nəzarət mütləq şəkildə güclənməlidir. Azərbaycanda bu istiqamətdə problemlər mövcuddur. 

İctimai nəzarət həm də korrupsiyaya qarşı mübarizənin güclənməsinə təkan verir. 7 ildir qüvvədə olan bu qanunda da müəyyən dəyişikliklər edilməsi cəmiyyətə təqdim olunub, bunun Milli Məclisə də təqdim olunması gözlənilir".

Əzizə Zeynal
Sfera.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Umayra Tağıyeva qadınlara müraciət etdi

"Çimərlik mövsümünün başlanması ilə Xəzərin sahili istirahət üçün sevimli yerlərdən sayılır. Buna görə də bizi narahat edən, hər il təkrarlanan məsələləri bölüş...

Ərdoğan Merkellə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Angela Merkel arasında NATO Zirvəsi çərçivəsində keçirilən görüş sona çatıb. Sfera.az xəbər v...

Sabah və bazar günü avtobuslar İŞLƏYƏCƏK

15 İyun Milli Qurtuluş günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimd...

Növbədə olmayan sürücü sərxoş halda avtobusu qaçırdı

"Xaliq Faiqoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edilib. Sfera.az-ın məlumatına görə, protokol Bakı Şəhəri Binəqədi ...

Azərbaycan Prezidenti Aşağı Köndələnçay su anbarında oldu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. ...

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış oldu

 Azərbaycan Prezidenti İlham Əliyev iyunun 14-də Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Sfera.az xəbər verir ki,...