No Image
No Image

Çimərliklərdə bu qaydalara mütləq əməl edilməlidir! - AÇIQLAMA

Çimərliklərdə bu qaydalara mütləq əməl edilməlidir! - AÇIQLAMA
"Çimərliyi işlədən şəxslər hər il  mövsüm başlamamışdan qabaq suyun dibinin yoxlanılması, təmizlənməsini təşkil etməli və digər təhlükə risklərinin olmamasına əmin olmalıdır”.
 
Bunu Sfera.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bu gündən etibarən fəaliyyətinə icazə verilən çimərliklərdən danışarkən deyib. Müsahibimiz bildirib ki,  çimərliklərdə təhlükəsizlik tədbirləri öncədən görülməli, qadağanedici nişanlar, məlumatlandırma lövhələri, xilasedicilər, nəzarət məntəqəsi, tibbi yardım və nəzarətçilər olmalıdır:

"İnsanlar çimərliyə gedərkən birinci növbədə hava şəraitini nəzərə almalıdırlar. Demək olar ki, boğulma hadisələrinin çoxu havanın küləkli olduğu vaxta təsadüf edir. Daha sonra çimərlik seçimində diqqətli olmalıdırlar. Natəmiz və nəzarətsiz olan çimərliklərə getməmək lazımdır. Adətən insanlar eyni çimərliyə üz tuturlar. Getdikləri yerdə suyun hansı səviyyədən dərinləşdiyini, dibində daş kəsəyin olub-olmamasını bilirlər. Ancaq nəzərə almaq lazımdır ki, hava küləklidirsə, dənizdə dalğa olarsa, dünənlə bu gün arasında fərq olacaq.  Yəni suyun dibi fiziki olaraq dəyişə bilər. Yarğanlar , su axınları əmələ gələr bilər. Bu da həmin insanlar üçün gözlənilməzdir və xoşagəlməz hadisə ilə nəticələnməsi mümkündür. Ona görə küləkli havadan sonra çimərliyə gedənlər dünənki hava şəraitini nəzərə almalıdırlar”.


Ekspert günvurma və boğulma təhlükəsindən qorunmaq üçün də əsas məqamlara diqqət çəkib:

"Çimərlik varsa, orda lazım olan bütün təhlükəsizlik tədbirləri görülüb daha sonra insanların ixtiyarına buraxılmalıdır. Çimərliyə kiçik həcmli gəmi, matorlu qayıq və s. kimi vasitələr gətirmək yolverilməzdir. Xəbərdaredici nişanların tələbini pozmaq qadağandır. Suda kobud hərəkətlər etmək, oyunlar təşkil etmək, qayaların və digər konstruksiyaların üstünə çıxaraq suya tullanmaq, sahili zibilləmək olmaz. Digər insanların istirahətinə mane olacaq hərəkətlərə yol verməmək lazımdır.

Çimərliyə günün qızmar vaxtında - 12:00-16-00  saatlarında və günün qaranlıq vaxtı dənizə girmək məsləhət deyil. Həmçinin əlverişsiz havada, yəni, dumanlı, yağışlı, küləkli havada dənizə girmək çox təhlükəli ola bilər. Xilasetmə xidmətinin xilasediciləri olmayan yerlərdə çimmək üçün icazə verilən yerdən uzağa getməmək üçün qadağanedici nişanlar yoxdur, sahili natəmizdir və daş , çınqıl kəsəkləri, şüşə qırıqları ilə doludur, bu səbəbdən ora getməmək lazımdır. Çimərlikdə alkoqol içkilər qəbul etmək yanlışdır və bu birbaşa insan həyatı üçün təhlükəlidir. Həm spirtli içki qəbul edən şəxsi günvurma halları daha tez olur , həm də suda boğulma riski artır”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Ali məktəblərə qəbul imtahanın ikinci mərhələsi keçiriləcək? - AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) bu il ali məktəbə qəbul imtahanının ikinci mərhələsinin keçirilməsinin mümkün olmaya biləcəyini açıqlayıb. DİM bunu koronavirus pan...

Şuşada birinci xanımlarının görüşü oldu - VİDEO

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə görüşü olub. Bu...

İctimai TV İlqar Mikayıloğlu ilə bağlı qalmaqala aydınlıq gətirdi: "Bizimkilər" sözünü tapın!

İctimai televiziya iyunun 12-də Belçika-Rusiya matçında şərhçi İlqar Mikayıloğlunun Rusiya yığmasına xitabən "bizimkilər” ifadəsi işlətməsi barədə məlumat yayıb...

Ermənistana qaytarılan 15 erməni əsirlərin FOTOSU

Xəbər verdiyimiz kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tər...

Jurnalistlərlə birlikdə minaya düşən məmur: "Birdən avtomobilin yanacaq çəni partladı"

"Biz çəkiliş qrupu ilə birgə Susuzluq kəndinə gedirdik, artıq kənddə idik. "Əzgillik" adlandırılan ərazidən keçirdik ki, avtomobilimiz minaya düşdü. Mən kabinəd...

Nazirdən həmkarının kino sahəsi ilə bağlı iradına - REAKSİYA

Mədəniyyət naziri Anar Kərimov maliyyə naziri Samir Şərifovun Milli Məclisin iclasında kino sahəsi ilə bağlı iradlarına cavab verib. Sfera.az xəbər verir ...