No Image
No Image

İmişlidə yol qəzası zamanı qaz xətti zədələndi, bir kənd qazsız qaldı - VİDEO

İmişlidə yol qəzası zamanı qaz xətti zədələndi, bir kənd qazsız qaldı - VİDEO
Bu gün axşam saatlarında İmişli rayonunun Mürsəlli kəndi ərazisində "Ford” markalı avtomobil qəza törədib.

Sfera.az-ın məlumatına görə, bu barədə "Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib.

O, qeyd edib ki, qəza nəticəsində 108 mm diametrində olan yerüstü qaz xətti zədələnib. "Bu səbəbdən kəndə qaz verilişi dayandırılıb. Tezliklə qaz təchizatının bərpası üçün müvafiq tapşırıqlar verilib”, - deyə "Azəriqaz” rəsmisi əlavə edib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR