No Image
No Image

Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi

Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi
Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq mütəmadi olaraq cəmiyyət üçün əhəmiyyətli olan müxtəlif tədbirlər həyata keçirir. Qarşıdan yay fəslinin gəlməsini, həmçinin ölkə ərazisində xüsusi karantin rejiminin yumşalmasını nəzərə alaraq, budəfəki aksiya Azərbaycanın Qərb bölgəsində, təmiz havası və gözəl təbiəti ilə seçilən, Daşkəsən rayonunun Xoşbulaq kəndində təşkil olundu.

 

XoşbulaqQoşqar çayınsahilində,Şahdağ silsiləsininətəyində yerləşir və orada havanın soyuq olması səbəbindən əsasən yay aylarında həm ölkənin Qərb bölgəsindən, həm də paytaxt Bakı da daxil olmaqla digər yerlərdən istirahətə gələnlərin sayı olduqca çox olur. Pandemiyadan əvvəlki illərdə buraya xaricdən gələnlərin də sayı az deyildi. Ancaq əfsuslar olsun ki, indiyədək ərazidə zibil qutularının olmaması səbəbindən mütəmadi aparılan təmizlik işləri heç bir fayda verməyib.

 

 

Məhz bu səbəbdən 5 iyun Ümumdünya Ətraf Mühit Günü Kapital Bank-ın baş ofisinin, həmçinin Qərb zonasında olan filiallarının əməkdaşları tərəfindən Xoşbulaqda "Təbiət evimizdir. Evimizi təmiz saxlayaq!” şüarı altında təmizlik işləri aparılıb. Təmizlik aksiyası çərçivəsində qeyd olunan əraziyə böyük və orta ölçülü olmaqla ümumilikdə 50-dək məişət tullantısı konteynerləri və qutuları yerləşdirilib. Layihə çərçivəsində ərazi üzrə olan kommunal təsərrüfat idarəsinin dəstəyi ilə istirahət mövsümündə orada müvafiq təmizlik işləri aparılacaq.

 

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu məhsul Azərbaycana milyonlarla dollar qazandırdı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan 323,1 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu ixrac edib. Kənd təsərrüfatı məhsulları ixracı dəyər ifadəsi...

TuranBankın Sumqayıt filialı artıq yeni ünvanda

Filial şəbəkəsinin transformasiyası istiqamətində silsilə tədbirlər həyata keçirən TuranBank xidmət şəbəkəsinin təkmilləşdirilməsi məqsədilə bankın Sumqayıt f...

Kapital Bank Xoşbulaqda təmizlik aksiyası həyata keçirdi

Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq mütəmadi olaraq cəmiyyət üçün əhəmiyyətli olan müxtəlif tədbirlər həyata keçirir. Qarşıd...

Rövnəq Abdullayev Sankt-Peterburq beynəlxalq iqtisadi forumunda çıxış etdi - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq iqtisadi forumda çıxış edib. ...

TuranBank ASAN Könüllüləri ilə birlikdə uşaqları sevindirdi - FOTO

TuranBank ASAN Məktub layihəsi çərçivəsində aztəminatlı ailələrin, o cümlədən şəhid övladlarının arzularını gerçəkləşdirib. Sfera.az xəbər verir ki,...

Bu valyuta dollara nisbətdə bahalaşmağa davam edir - Yığım edənlər qazandı

Çinin milli valyutası olan yuan ABŞ dollarına nəzərən bahalaşmaqda davam edir. 2020-ci ilin mayından başlanan bahalaşma hazırda maksimum səviyyə çatıb.  ...