No Image
No Image

Karantinlə bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat şərti AÇIQLADI

Karantinlə bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat şərti AÇIQLADI
"Bu ilin ilk 4 ayında Azərbaycan iqtisadiyyatında azalma tempinin səngiməsi müşahidə olunub. 2021-ci ilin yanvar-aprel aylarında ölkədə 25 milyard 78 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz az ümumi daxili məhsul istehsal olunub. Azalma daha çox iqtisadiyyatın neft-qaz sektoru ilə bağlı olub". 

Sfera.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 8,4 faiz azalıb:

"Bu müddətdə isə qeyri neft-qaz sektorunda 4,1 faiz artım qeydə alınıb. Qeyri-neft sektorundakı artım neft sənayesindəki azalmanı xeyili dərəcədə balanslaşdıra bilib. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi ilə bağlıdır. Son 4 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır. Xüsusən nəzərə almaq lazımdır, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar. Bu baxımdan, real sektorda minimum məhdudiyyətlər ilə Azərbaycanda yoluxma sayının azaldılmasına nail olunması müsbət haldır". 

Deputatın qənaətinə görə epidemioloji vəziyyətə uyğun olaraq növbəti mərhələlərdə də real sektorda məhdudiyyətlərin sayının azaldılması məqsədəuyğun olardı:

"Məhdudiyyətlərin minimumlaşdırılması vaksinasiya səviyyəsindən də asılı olacaq. O baxımdan, daha intensiv vaksinasiya real sektorun daha tez və tam açılmasına gətirib çıxara bilər. Bu prosesdə hər birimizin fəal iştirakı vacibdir. Artım tempini nəzərə alsaq, Azərbaycan iqtisadiyyatının bu ilin birinci rübünü artımla başa vuracağı gözlənilir. Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı, məşğulluğun təmini baxımdan da vacibdir. Yoluxma sayının azalması davam edərsə, o zaman bir sıra məhdudiyyətlərin də aradan qaldırılacağı istisna edilmir"./Milli.Az/
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Tanınmış din xadimi QMİ-dəki vəzifəsindən istefa verdi

Qafqaz Müsəlmanları İdarəsində (QMİ) din xadimi tutduğu vəzifədən istefa verib. Sfera.az-ın məlumata görə, Təzəpir məscidin axundu, İlahiyyatçı Mircəfər Ə...

Bakıda qadının pulunu oğurlayan şəxs həbs edildi - FOTO

Bakının Nəsimi rayonunda tənha yaşayan 1940-cı il təvəllüdlü Elmira Əzimovanın evindən oğurluq edən şəxs  həbs olunub. DİN Mətbuat xidmətinin şöbə rə...

"Baku Bus"ın sürücüsü qəza törədərək hadisə yerindən qaçıb? - AÇIQLAMA

Bəzi KİV-də "Baku Bus” qəza törədərək hadisə yerindən yayınması ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.    Bu barədə Sfera.az-a "Baku Bus”d...

Antitel analizləri üçün nə qədər ödəməliyik?

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 1-dən etibarən yoluxma risklərinin azaldılması məqsədilə bir sıra iş yerlərində COVID-19 p...

Mərkəzi Bankdan fırıldaqçılıq halları ilə bağlı AÇIQLAMA

Ölkədə kart sahiblərinin nağdsız ödəniş alətlərinə inamının və etibarının gücləndirilməsini, internet üzərindən aparılan əməliyyatların təhlükəsizliyinin artırı...

Azərbaycan Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının iclası keçirildi

Azərbaycan Respublikası Prokurorluğunun başlıca fəaliyyət istiqamətlərindən olan ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafiz...