No Image
No Image

Keçmiş DTX işçisinə hökm oxundu - 7 il həbs

Keçmiş DTX işçisinə hökm oxundu - 7 il həbs

14 il Dövlət Təhlükəsizliyi Xidmətində işlədikdən sonra özünü yüksək vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən Süleyman Ağayevə hökm oxunub.

Sfera.az xəbər verir ki, məhkəmədə çıxış edən S.Ağayev özünü qismən günahkar bilib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində 2004-2018-ci illərdə  işləyib: "2020-ci ilin avqust ayında Bakıxanov qəsəbəsində tanışım Murad vasitəsilə onun yaxını Emin Sultanov və atası ilə görüşdük. O, Ədliyyə Nazirliyində işə düzəlmək istəsə də, bu alınmamışdı. Təklif etdim ki, ona DTX-də kiçik gizir kimi iş təşkil edim. Bunun üçün 20 min manat məbləğ istədim.

Dedim ki, bu pulun 10 min manatını indi, qalanını işə düzəldikdən sonra verəcəksən. Həmçinin aylıq 1 600 manat maaş alacaqsan. Sonra isə ondan sənədlərini aldım. 2 ədəd 3x4 fotoşəkil, tərcümeyi halını istədim. Ona doldurmaq üçün bir blank verdim. 2-3 gün sonra görüşüb ondan 10 min manat pulu aldım. Sonra isə zəng edib dedim ki, işin tezləşməsini istəyirsənsə, mənə daha 5 min manat verməlisən. Razılaşdıq və bir neçə gün sonra ondan bu pulu da aldım.

Həmçinin yaxın qohumları haqqında məlumatları da gətirməli olduğunu bildirdim. Lakin Eminə demədim ki, səni kiminsə vasitəsilə işə qəbul etdirəcəyəm. DTX-yə qəbulun imtahanla olmadığını bilirəm. Lakin Emini müsahibə üçün kurslar vasitəsilə yox, özüm hazırlaşdırırdım. Etdiyim əməldən peşmanam”.

Zərərçəkmiş Emin Sultanovun atası A.Sultanov bildirib ki, Süleyman onlara DTX-də yüksək vəzifədə işlədiyini və tabeliyində 25 əməkdaşı olduğunu deyib: "Hətta bizə qırmızı rəngli vəsiqəsini də göstərdi. Dedi ki, 20 min manat versəniz, oğlunuzu işə düzəldərəm. Avqustun 26-da görüşüb ona 10 min manatı verdik. Ondan sonra uzun müddət səs çıxmadı və soruşanda deyirdi ki, ölkədə müharibə var, bu vəziyyətdə çətindir, DTX işçiləri işdə deyillər. Müharibə bitdikdən sonra məsələni həll edəcəyəm.

2021-ci ilin fevral-mart aylarında oğlumun əmrinin çıxacağını dedi. Fevralın 23-ü axşam saatlarında Süleymanın yaşadığı evə getdikdə isə bizə bildirdi ki, mən DTX əməkdaşı deyiləm, sizi aldatmışam”.

O əlavə edib ki, Süleyman onlara pulunu hələ də qaytarmayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçən məhkəmədə Süleyman 7 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

DİN-dən iş adamının kürəkəninin törətdiyi qəza ilə bağlı daha bir AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) Binəqədi rayonunda baş verən ağır yol qəzası ilə bağlı daha bir açıqlama yayıb. DİN-in Mətbuat xidmətindən Sfera.az-a daxil o...

Bakıda bacısına 4 bıçaq zərbəsi vuran şəxs tutuldu

Bəzi kütləvi informasiya vasitələrində qardaşın bacısına 10 bıçaq zərbəsi vurması və bununla bağlı Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsində ara...

Bakıda mənzildə 35 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında kö...

Bakıda adam oğruları saxlanıldı

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində o...

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsinin vaxtı məlum oldu

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub. ...

Azərbaycanda qadına qarşı zorakılıq edən məmur saxlanıldı

Şəmkir rayon Kür qəsəbəsi Mənzil İstismar Sahəsinin rəisi Vazeh Vəliyev saxlanılıb. Artıq sözügedən məmura cinayət işi açılıb. İlkin məlumata əsasən...