No Image
No Image

Keçmiş məhkum cinayət başında tutuldu - FOTO

Keçmiş məhkum cinayət başında tutuldu - FOTO
Lənkəran sakininin üzərindən 1 kiloqramdan artıq heroin aşkarlanıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Liman şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Əskərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı əlindəki sellofan torbadan 1 kiloqram 455 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR