No Image
No Image

Kəlbəcərdə jurnalistlərin minaya düşmə anı - ANBAAN VİDEO

Kəlbəcərdə jurnalistlərin minaya düşmə anı - ANBAAN VİDEO
İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düşmə anının görüntüləri yayılıb.

Sfera.az "Report"a istinadən görüntüləri təqdim edir.

Görüntüləri minaya düşən nəqliyyat vasitəsində qabaq tərəfdə oturmuş şəxslərdən biri çəkib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu "Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə jurnalistlərin minaya düşmə anı - ANBAAN VİDEO

İyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş media nümayəndələrinin minaya düş...

"Azərsu" ASC-nin əməkdaşı iş yerində intihar etdi

Saatlı rayonunda intihar hadisəsi baş verib. Sfera.az-ın xəbərinə görə, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid ot...

Azad edilmiş ərazilərə keçən 20 nəfər minaya düşərək vəfat edib

Bu günədək işğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq keçməyə cəhd göstərərkən inzibati qaydada həbs olunan şəxslərin sayı məlum olub. Sfera.az xəbər...

FHN əməkdaşlarının qəzaya düşmə anı - ANBAAN VİDEO

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları qəzaya düşüb. Sfera.az xəbər verir ki, qəzanın görün...

Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı - Yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayə...

BNA-nın quraşdırdığı təhlükəsizlik tumbası ana və 2 uşağının həyatını xilas etdi - VİDEO

Bakı Nəqliyyat Agentliyinin yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib.   Sfera.az xəbər v...