No Image
No Image

"Kim üç ay sonra üçün proqnoz verə bilər ki?"- Nazirlikdən sentyabrdan ənənəvi təhsilə keçidlə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan İqtisad Universitetinin rektoru Ədalət Muradov sentyabrdan etibarən ənənəvi dərslərə qayıdışla bağlı proqnoz verib. Rektor bu məsələ üçün hazırlıq getdiyini də vurğulayıb.

Belə məqamda ortaya belə bir sual çıxır: Təhsil Nazirliyi tərəfindən sentyabrda ənənəvi təhsilə qayıdışla bağlı ali məktəbələrə təlimat verilibmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov sentyabrdan dərslərin hansı formada təşkil olunması ilə bağlı qərar qəbul edilmədiyini bildirib:

"İndidən sentyabrla bağlı qərar vermək düzgün olmaz.Çünki sentyabra hələ 4 ay var. İndidən kim 3 aylıq proqnoz verə bilər ki? Sentyabra yaxın bu məsələ ilə bağlı qərar vermək olar". 
 
Nazirlik rəsmisi dərslərin ənənəvi formaya qayıtması ilə bağlı universitetlərə təlimat verilmədiyini qeyd edib: "Hələ ki, universitetlərə ənənəvi dərslərə qayıdışla bağlı təlimat vermək olmaz. Bu, mümkün deyil".
 
Əzizə Zeynal
Sfera.az
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Laçında iki hərbi qulluqçumuz həlak oldu - RƏSMİ

İyun ayının 16-da saat 16:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində yol qəzas...

Ərdoğan məcburi köçkünlərə çağırış etdi

 "Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəc...

"Çoxlarının xəyal belə etməyə qorxduğunu İlham Əliyev reallığa çevirdi”

""Şuşa Bəyannaməsi” ilə  Azərbaycanın maraq və mənafelərini, ərazi bütövlüyünü, suverenliyini hədəfə alan istənilən güc Türkiyə üçün, Türkiyəni hədəfə alan...

Cıdır düzündən rəngarəng - FOTOLAR

Bakı Media Mərkəzi bu gün Şuşada Cıdır düzündə təşkil olunmuş "Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiyasından rəngarəng fotolar ya...

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşıladı - FOTO

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb. Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikasının P...

Azərbaycanda açıq havada toyların keçirilməsinə icazə veriləcək? - Prezidentin köməkçisi AÇIQLADI

"Açıq hava şəraitində toyların keçirilməsi müzakirə olunur”.   Sfera.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin kömə...