No Image
No Image

“Köçəryan başa düşür ki, Paşinyan onunla məsələni bitirəcək...” – Düşmən ölkədə nə baş verir?

“Köçəryan başa düşür ki, Paşinyan onunla məsələni bitirəcək...” – Düşmən ölkədə nə baş verir?
"Ermənistanda seçkiqabağı parlament kampaniyası iyunun 18-nə qədər davam edəcək, sonra isə "sükut günü” elan olunacaq. Lakin Köçəryanın seçki qərargahı həmin gün də sakit qalmaq istəmir və İkinci Qarabağ müharibəsi zamanı itkin düşən ermənilər üçün "matəm günü” elan edərək tədbirlər keçirmək fikrindədir”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistanda yaxınlaşmaqda olan seçkilərdən danışarkən deyib.
 
O bildirib ki, parlamentdə yüksək səslə təmsil olunmaq uğrunda mübarizə Baş Nazir vəzifələrini müvəqqəti icra edən Nikol Paşinyanla eks-prezident Robert Köçəryan arasında gedir: "Müxtəlif təşkilatların rəy sorğularında Köçəryanın az qala reytinqdə Paşinyana bərabər olduğunu göstərmələri seçkiqabağı təbliğatdan başqa bir şey deyil. Erməni xalqı nankor olub qonşuları və digər millətlər tərəfindən onlara edilən yaxşılığı unuda bilər, amma Robert Köçəryan və Serj Sarkisyanın Qarabağ erməni klanını onların başına çıxardığı günləri uzun zaman unutmayacaqlar. Ermənilər növbəti dəfə bu klanın nökərçiliyi altına düşmək fikrindən çox uzaqdırlar.
 
Köçəryan seçkiyə erməni xalqını düşünərək getsəydi, o, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Paşinyana qarşı koalisiya yaratmaq təklifini qəbul edər və birlikdə seçkilərdə iştirak edərdilər. O, öz xələfinin təklifini qəbul etməməməsini "mənəvi” səbəblərlə əlaqələndirdi. Bu səbəblər isə Levonun Ermənistanda elə ilk dəfə Qarabağ erməni klanı haqqında ucadan danışması hesab olunur”.

Müsahibimiz qeyd edib ki, Köçəryanın seçkiyə qoşulmaqda ilk məqsədi özünü və ailəsini yenidən hakimiyyətə gələcək Paşinyanın qəzəbindən qorumaqdır:
"Şübhəsiz, yenidən hakimiyyətə gəldikdən sonra Paşinyanın ilk vəzifəsi Robert Köçəryanla məsələni sona çatdırmaq olacaq. Belə olan halda, Robert özünü və ailəsini qorumaq üçün seçkiyə qatılmağa məhkumdur.
 
Onun seçkilərdə iştirak etməkdə ikinci məqsədi isə, Qarabağ erməni klanını yenidən Ermənistanda siyasi səhnəyə qaytarmaqdan ibarətdir. Bu klanın rəhbərlərindən biri kimi ona məlumdur ki, Paşinyan qarşısında maneə hiss etdiyi bu qrupu dağıtmaqla məşğuldur və onların didərgin salınacağı gün uzaq deyil. Məhz Qarabağ klanını hakimiyyətə qaytarmaq iddiası Köçəryanı seçkilərdə iştirak etməyə məcbur edən növbəti səbəbdir. Lakin Rusiya və Qarabağ erməni klanının müxtəlif manipulyasiyalar vasitəsi ilə Köçəryanın reytinqinin yuxarı qaldırılması cəhdləri heç bir fayda verməyəcək. Onun hakimiyyətə yolu çox daralıb və bu seçkilər nəticəsində tamamilə bağlanacaq”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Keçinin şıllaq atması gün batana qədərdir...” – Köçəryanın bəyanatına sərt REAKSİYA

"Yaxın iki ildə Azərbaycan indikindən iki dəfə güclü olacaq.  Ermənistan nəinki Xankəndi və Xocalını Azərbaycana geri verməli olacaq, hətta Zəngəzuru da ...

Azərbaycan Prezidenti on ölkənin qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqr...

Bayden-Zelenski görüşü regionda nələri dəyişəcək? - “Türkiyə üçün yeni vəzifələr müəyyənləşdiriləcək…”

"ABŞ Prezidenti Baydenin Zelenski ilə G7 və NATO tədbiri çərçivəsində deyil, Vaşinqtonda görüşməyi qərara alması Ukraynanın Amerika üçün heç də az əhəmiyyətli...

"İran yaxşı bilir ki..." - Deputat Azərbaycan-Pakistan hərbi əməkdaşlığından DANIŞDI

Ötən gün Bakıda Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.   Görüşdə ikitərəfli hərbi əməkdaşlığın əsas istiqamətləri,...

“Baydenin açıqlaması üçüncü dünya müharibəsinə səbəb ola bilər” - Politoloqdan qorxunc proqnoz

"ABŞ Rusiyadan yanıqlıdır. ABŞ-ın illərdən bəri özü haqda formalaşdırdığı imic dağılır və bunda Rusiyanın xüsusi rolu olub. Bayden indi buna görə Moskvanı&nbs...

Lavrovun son bəyanatındakı gizli mesajlar – Rusiya hərbçiləri ikinci beşillikdə də Qarabağda qalacaq?

"Rusiya sülhməramlıları bölgədə növbəti 5 ildə də qalmaq niyyətindədir”. Bu sözləri Sfera.az-a açıqlamasında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov...