No Image
No Image

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ
Yay mövsümü yaxınlaşdıqca turizm, başqa ölkələrə səyahət məsələsi də aktuallaşır. Ancaq xəstələnib sağalan insanlar səyahət zamanı koronavirusun yeni mutasiyalarına yoluxmaqdan ehtiyyat edirlər. 
 
Bəs, bu narahatlıqların əsası varmı? COVID-19 olub sağalan şəxs yeni mutasiyalara yoluxa və xəstəliyi ağır keçirə bilərmi?

Mövcud sual ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov immunoqlobulin sayının belə məqamlarda önəmli olduğunu bildirib:

"Əgər COVID-19-a yoluxmuş şəxsdə immunoqlobulin yüksəkdirsə, onda yeni mutasiyaya yoluxma ehtimalı cüzi olur. Bu vəziyyət vaksin olunmuş şəxsdə də belədir. Yəni koronavirus əleyhinə peyvənd olunan şəxsin yeni ştammlara yoluxma riski aşağıdır. İnsanda immunitet formalaşıbsa, immunoqlobulin G yüksəkdirsə, o zaman yoluxma 0-a bərabər olur. Lakin bədən immunoqlobulini aşağı olan şəxslər yeni növ ştammlara yoluxa bilər. Bu baxımdan immunoqlobinin sayını öyrənmək mühümdür". 

R.Əliyev yeni ştamma yoluxan şəxslərin xəstəliyi hansı şəkildə keçirməsindən də danışıb:

"COVID-19 xəstəliyini keçirib, yeni ştamma yoluxan şəxslərdə xəstəliyin inkişafı yenə immunoqlobinin bağlı olan məsələdir. Yəni immunoqlobinin sayı bədəndə normal olarsa, bu zaman xəstəlik də yüngül keçir, əks halda isə şəxs xəstəliyi ağır keçirəcək. Bu baxımdan xüsusilə səyahət etməzdən əvvəl insanların müayinə olunması yaxşı olardı". 

Əzizə Zeynal
Sfera.az 


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa qarşı üçüncü dozanı kimlər vurdurmalıdır? - AÇIQLAMA

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bəzi insanlarda vaksinasiya sonrası koronavirusa qarşı immun sisteminin formalaşmadığını, bu səbəblə həmin...

Koronavirusdan sağalanlar yeni mutasiyalara yoluxa bilər - Həkimdən XƏBƏRDARLIQ

Yay mövsümü yaxınlaşdıqca turizm, başqa ölkələrə səyahət məsələsi də aktuallaşır. Ancaq xəstələnib sağalan insanlar səyahət zamanı koronavirusun yeni mu...

Bu klinikalar vaksin üçün 30 manat istəyir

İyunun 7-dən etibarən Azərbaycanda yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədilə vətəndaşlara "Pfizer” vaksini də vurulmağa başlanılıb. ...

Səhiyyə Nazirliyindən AÇIQLAMA: Bu analiz ilə COVID-19 pasportu almaq olmaz

"İgG analizi verərək COVID-19 pasportu almaq olmaz. Yalnız PCR analizi nəticəsində təsdiqlənən şəxslər üçün pasport verilir”. Sfera.az xəbər verir ki, bu ...

Azərbaycanda koronavirusa yoluxanlar arasında niyə qadınlar çoxluq təşkil edir? – Səbəblər

"Bu həyat tərzilə bağlı məsələdir”. Bu sözləri Sfera.az-a açıqlamasında TƏBİB yetkilisi Yaqut Qarayevanın Azərbaycanda koronavirusa yoluxanlar arasında ...

Koronavirusu ayaqüstü keçirən şəxslər də peyvənd olunmalıdır - Həkimdən AÇIQLAMA

Tez-tez koronavirusu ayaqüstü, xəbərsiz keçirən şəxslərin vaksinasiya olunmasının problemlərə yol açacağı ilə bağlı məlumatlar eşidirik. Elə bu səbəblə bəzi və...